"MEDİA-nın fəaliyyət istiqamətləri genişdir, çoxfunksiyalıdır" ÖZƏL-MÜNASİBƏT

"Adından və Nizamnaməsindən görünür ki, Medianın İnkişafı Agentliyinin fəaliyyət istiqamətləri genişdir, çoxfunksiyalıdır. Öncə onu vurğulayaq ki, Agentliyin fəaliyyət sahəsinə ənənəvi media ilə yanaşı, onlayn media sferası da daxil edilir. Bu, onlayn medianın tənzimləməsi baxımından ilk rəsmi təsisatdır". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar ittifaqının sədri, Media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, agentlik vasitəsilə onlayn mediaya dövlət dətəyinin göstərilməsi, onlayn media sferasında inkişaf üçün ciddi stimul olacaq: "Üstünlüklərdən biri də odur ki, yaradılan qurum təkcə donor təşkilat rolunu oynamayacaq, medianın inkişafı üçün lazım olan bütün addımları atmaq səlahiyyəti vardır. Agentlik həm də, qlobal informasiya mühitinin müəyyən etdiyi tendensiyalara, trendlərə uyğun olaraq Azərbaycan mediasının bu tendensiyalara uyğunlaşmasını təmin etmək missiyası daşıyır. Yeni informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə çevik qərarlar vermək, bu qərarları operativ şəkildə icra etmək səlahiyyətinə malikdir. Media subyektlərinin fəaliyyətinə mane olan problemləri zamanında dəyərləndirmək, onların aradan qaldırılması üçün həm təkliflər vermək, həm də müəyyən icra fəaliyyətləri etmək üçün mexanizmlərə malik olacaq. Bir sözlə, Agentlik həm tendensiyaların tətbiqini stimullaşdırmaq yönündə təkliflər hazırlamaq, həm də bu təklifləri tətbiq etmək, icra etmək salahiyyətindədir. Mühüm məqamlardan biri də, Agentliyə çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətlərini aşkar etmək, bu xətaların aradan qaldırılması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək statusunun verilməsidir. Bu status KİV adından istifadə edib çoxsaylı xətalara yol verənlərin əməllərinin qarşısının alınması üçün mühüm addım olacaq. Agentliyin idarəçiliyi üçün formalaşdırılan komanda da ümidvericidir. Əhməd İsmayılovla görüşümüz olub. Qənaətim budur ki, intellektual, qlobal tendensiyalardan xəbərdar şəxsdir, innovativ təşəbbüsləri qiymətləndirir. Missiyalarını uğurla davam etdirəcəklərinə inam böyükdür".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...