"Dövlətimiz artıq yoxdur" Spartak Seyranyan

“İndi yeni müharibə ehtimalı çox yüksəkdir. Təslim olma nəticəsində ortaya çıxan yeni xəritəyə baxın, düşmənin yeni açıq iddialarına qulaq asın. Yeni bir müharibənin başvermə ehtimalı da çox yüksəkdir, çünki bu anda bunun qarşısını almaq üçün təsirli bir qola sahib deyilik. Çünki artıq dövlətimiz yoxdur”. Bu sözləri “Daşnaksütyun” partiyasının fəalı Spartak Seyranyan bəyan edib.

O, qeyd edib ki, hətta təhlükəsizlik, xarici, daxili, iqtisadi və ya başqa hansısa bir siyasətimiz də yoxdur və bu hökumət hakimiyyətdə olduğu müddətdə, eləcə də yaxın gələcəkdə heç bir siyasət olmayacaq.

“Əlbətdə ki, yeni, müharibəni müvəqqəti təxirə salmaqla daha biabırçı təslim planları qurulur. Ancaq bu hökumət hakimiyyətdə olarkən, mövcudluğunu uzatmaq üçün hər şeyi verməyə hazır olduğu üçün, vaxtaşırı hərbi-siyasi, iqtisadi, psixoloji, mənəvi itgilərə səbəb olan sənədlər imzalayacağıq. Bu, həmin şəxsin təsliminə qədər belə olacaq. Hətta, evimizi də bir başqasına verərək, kirayədə yaşayacağıq”, deyə Spartak Seyranyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə