"Rusiya Minsk Qrupunun prinsiplərinə əməl etdi" Vadimir Putin

"Rusiya Minsk Qrupunun prinsiplərinə əməl etdi" Vadimir Putin

Rusiya Prezidenti Vladimir Putin, Qarabağla bağlı Rusiyanın bütün hərəkətlərində ATƏT-in Minsk qrupunun prinsiplərinə əməl etdiyini söyləyib. SİA xəbər verir ki, bu barədə RİA Novosti Agentliyi məlumat yayıb.
"Eyni zamanda, qeyd etmək istərdim ki, Rusiya bütün tədbirlərində ATƏT-in Minsk Qrupunda əldə olunan əsas inkişafları izləməyə çalışıb. Biz Minsk Qrupunun sədrləri ilə tərəfdaşlarımızla hərəkətlərimizi mütəmadi olaraq yoxlamağa davam edirik", deyə Vladimir Putin Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

Məlumatda həmçinin bölgədəki münaqişə barədə xatırladılır və qeyd olunur ki, Qarabağdakı münaqişə 1988-ci ildə başlayıb və 1992-1994-cü illərdəki silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağ və ona bitişik yeddi bölgə üzərində nəzarəti itirib. Həmçinin diqqətə çatdırılır ki, 1992-ci ildən bəri, üç həmsədrin - Rusiya, ABŞ və Fransanın rəhbərlik etdiyi ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar aparılıb və Azərbaycan ərazi bütövlüyünü qorumaqda israrlıdır.

Rusiyaya məxsus mətbu orqan həmçinin nəzərə çatdırır ki, keçən ilin sentyabr ayının sonunda Dağlıq Qarabağda yenidən uzun müddət davam edən qarşıdurmanın davamına çevrilən və itkilərə səbəb olan döyüşlər yenidən başlayıb, tərəflər atəşkəs bağlamaq üçün bir neçə dəfə cəhd ediblər, lakin 10 noyabr tarixində əldə edilən üçtərəfli razılaşmanın müvəffəqiyyətli olduğu ortaya çıxıb. Xatırladılır ki, Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşin tamamilə dayandırılması, əsirlərin və ölülərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər, İrəvan Kəlbəcər, Laçın və Ağdam rayonlarını da Azərbaycana təhvil verib. Bundan əlavə, bölgədə rus sülhməramlıları da var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə