Türkiyə, Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçiriləcək
Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kiprdən olan həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, görüş yanvarın 13-də Pakistanın paytaxtı İslamabadda baş tutacaq.
Nazir qeyd edib ki, İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ayrılıqda görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB