Paşinyan xarici borcu daha 1 milyard 150 min dollara qədər artırır İLGİNC

Paşinyan xarici borcu daha 1 milyard 150 min dollara qədər artırır İLGİNC

Nikol Paşinyan Ermənistanın xarici borcunu daha 1 milyard 150 min ABŞ dolları həcmində artıracaq. SİA xəbər verir ki, bu haqda Yerevan.Today yazır. Qeyd olunur ki, erməni baş nazir müharibə zamanı Ermənistana verilən rus silahlarına görə kredit sənədini imzalayacaq. Mediaport erməni telegram kanalına istinad edən adıçəkilən sayt qeyd edir ki, kanalın mənbələrinin bildirdiyinə görə, Ermənistan tərəfi, hətta müharibə gedən zaman əldə edilən silahlarla bağlı danışıqlar belə aparmayıb və yardım qarşılıqsız verilib.

Daha bir maraqlı detal budur ki, Paşinyan Moskvaya xarici işlər naziri olmadan gedib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə