Rusiya eksperti: “Ermənistan müharibəni ona görə uduzdu ki…” - MÜSAHİBƏ

Rusiya eksperti: “Ermənistan müharibəni ona görə uduzdu ki…” - MÜSAHİBƏ

S-400 sisteminin alınması hər hansı bir dövlətin suverenliyi üçün nə üçün vacibdir və Ermənistanın Qarabağ müharibəsində səhvi nə idi? Hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, Pravda.ru saytının baş redaktoru İnna Novikova-ya videomüsahibəsində bu mövzularda maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

Türk sualı

- İqor, bu il Türkiyə S-400 kompleksimizdən birini də aldı. Deyəsən başqa bir kompleks almaqdan da danışılır. Əsas məsələlərdən biri də bu komplekslərin alışının okeanın o tayından uzanan “sehirli barmağın” təsiri ilə dayandırıla biləcəyidir. Türkiyəyə bu mövzuda təzyiqlər edilir...

- Türkiyə yalnız bir kompleks və ya sistem almayıb, S-400 zenit raket komplekslərinin tədarükü üçün 2,5 milyard dollar dəyərində böyük bir müqavilə bağlayıb. Türkiyə dünyanın ən güclü uzun mənzilli silahlarını aldı. Müqavilə misilsizdir. NATO üzvü olan ölkə Rusiya hava hücumundan müdafiə sistemlərini alır. Ankaraya qarşı skandal, təzyiq, qışqırıq, təhdid, şantaj nəticə vermədi. Türkiyə, bu gün 2-ci müqavilə çərçivəsində daha 2,5 milyard dollarlıq Rusiya HHM sistemi almaq istəyir. Təbii ki, hamı Baydenin necə davranacağını gözləyir. Fəqət türklərin, texnoloji cəhətdən ən inkişaf etmiş variantlardan istifadə edərək silahlarımızı yenə də almaq üçün çox yaxşı perspektivləri var.

Dünyanın ən yaxşı silahı

- Venesuelada, ümumiyyətlə Latın Amerikasında silahlarımızın çox sevildiyini bilirəm. Başqa hansı ölkələrə satırıq? Çünki bu, büdcənin böyük bir hissəsidir.

- Hindistan alır. Hindistana S-400 sistemlərinin tədarükü üçün bir meqa müqavilə də həyata keçirilir. Çin artıq Su-35 qırıcılarının partiyasını və S-400-ləri satın alıb. COVID arxa plana keçdikcə, həm Hindistan, həm də Çin ilə yeni böyük müqavilələr gözləyirik. Əsasən, bu ən yeni, ən təsirli texnikadır. Hava hücumundan müdafiə sistemi mütləq vacibdir. Döyüş təyyarələri mütləq vacibdir. Hindistan Rusiya lisenziyası altında fəal şəkildə Rusiya T-90S tanklarını istehsal edir. Vertolyotlar üçün müqavilələr gözləyirik. Hindistan mütəxəssislərinin iştirakı ilə Rusiya lisenziyası altında qanadlı raketlər istehsal etmək üçün Rusiya-Hindistan “BraMos” ortaq müəssisəsi fəaliyyət göstərir. Hindistan yalnız Rusiya silahlarını deyil, həm də Qərb silahlarını da almağı planlaşdırır. Bu bazarı itirmək istəməyən amerikalılar, Hindistana qarşı S-400-lərin alınması üçün sanksiya tətbiq etməkdən qorxurlar. Ən perspektivli bazarlar bunlardır;

- Şimali Afrika (burada Misir və Əlcəzair silahlarımızın ən böyük alıcısıdır),

- Cənub-Şərqi Asiya (İndoneziya, Malayziya, bir sıra digər ölkələr),

- Yaxın Şərq. BMT-nin sanksiyaları götürüldükdən sonra İran Rusiyanın HHM sistemlərinin geniş miqyaslı alıcısı ola bilər.

Hava müdafiəsi mütləq vacibdir, çünki müasir müharibələr çox sadə bir şəkildə aparılır: qanadlı raketlərin vasitəsilə ölkələri dizlərinin altına qoyurlar. Amerikalılar və NATO-dakı müttəfiqləriı bu şəkildə döyüşməyə alışmışlar. Və bunun qarşısını almaq üçün etibarlı bir hava müdafiə sistemi lazımdır.

S-400-in alınması ən yüksək lojaya keçidə bənzəyir, bunlar hərbi yolla özünü qoruyan, suveren daxili və xarici siyasət apara biləcək dövlətlərdir. Onları kimsə qorxutduqda deyirlər: S-400-lərimiz var, müdaxilə edən istənilən hədəfi vurarıq.

Ancaq başa düşmək vacibdir, çünki Qarabağda Azərbaycanın qələbəsi ilə başa çatan qarşıdurmadan sonra bəziləri Rusiyanın Ermənistanı silahlandırması və Ermənistanın müharibədə məğlub olmasının səbəbləri barədə danışmağa başladılar, guya Ermənistan rus silahlarına görə müharibəni uduzdu. Bu doğru deyil.

Ermənistanın əsas problemi effektiv olmayan hərbi komandanlıq və idarəetmə sistemində, inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin olmamasında və Ermənistanın hava hücumundan müdafiə döyüş qruplarının zəif hazırlığındadır. Yəni, ermənilər bütün iddiaları yalnız özlərinə ünvanlamalıdırlar.

Və biz onlar üçün başqa bir ölkənin ərazisində mübarizə aparmamalıyıq. Qarabağda, yəni Azərbaycan ərazisində məğlub oldular, müqavilə imzalayaraq oradan çıxmağa məcbur oldular. Ancaq bu heç bir halda hərbi texnikamıza kölgə sala bilməz.

Azərbaycan 5 milyarddan çox dəyərdə silahlarımızın MDB ölkələri arasında ən böyük alıcılarından biridir. Bunu 10 noyabrda Bakıda keçirilən paradda da göstərdilər: İsrail və Türkiyə pilotsuz təyyarələri ilə birlikdə quru qoşunlarının əsas texnikaları, hava hücumundan müdafiə sistemlərii Rusiya istehsalı idi. Azərbaycan Ordusunda bəzi İsrail və Türkiyə silah nümunələri var, ancaq əsas hərbi silah və texnika təchizatçısı Rusiya Federasiyasıdır.

Bu mövqeləri qorumaq bizim üçün vacibdir. Çünki bunlar Rosoboroneksport vasitəsi ilə silah istehsal edən, dizayn edən və satan müəssisələrin büdcəsinə gələn milyardlarla dollardır. Alınan pul, istehsalın modernləşdirilməsinə, yüksək texnoloji mülki və ikili təyinatlı məhsulların istehsalının qurulmasına, konstruktorın, mütəxəssis heyətinin stimullaşdırılmasına və komandanın cavanlaşmasına sərf olunur. Bizim vəzifəmiz nəsilləri dəyişdirməkdir, çünki 1 ildə və ya 10 ildə bir konstruktor məktəbi yaratmaq mümkün deyil. Yaşlı nəsillərdən orta nəsillərə, orta nəsillərdən gənc nəsillərə davamlı bir məlumat ötürmə təcrübəsi zənciridir.

2021-ci ildə böyük ümidlər bəsləyirik: müdafiə sənayemiz üçün yeni müqavilələr olacaq, buna görə yeni iş yerləri, sabit maaşlar, regional büdcəyə sosial ayırmalar. Bu, dövlətin inkişafına bir töhfədir.

Ermənistanın səhvi

- Tamaşaçılar arasında yenidən Azərbaycan və Ermənistan nümayəndələri arasında fəal əlaqə mövcuddur. Onlar sizdən Qarabağdakı vəziyyətə münasibət bildirməyinizi xahiş edir. Bu gün yayımımızdan bir az əvvəl publisist Anatoli Vassermanla söhbət etdim. Paşinyanın xüsusi olaraq Qarabağı təslim etmək üçün gəldiyi və bunun üçün hər şeyi etdiyinə dair fikirlərini bildirdi. Ermənistan başqasının oyununun girovu olduğunu deyir.

- Anatoliy Vassermanın ensiklopedik məlumatlarına hörmət edirəm. Ancaq Paşinyanın konkret olaraq Qarabağı təslim etdiyini söyləməsini bir konspirologiya nəzəriyyəsi hesab edirəm. Paşinyan, baş nazir, siyasətçi, Ermənistanın lideri olaraq qərarlarında Silahlı Qüvvələrin Baş Qərargahı və Ermənistan Müdafiə Nazirliyinin onun üçün hazırladığı hesabatlarına etibar etdi. Məhz Paşinyan dövründə Ermənistanın milli müdafiə və təhlükəsizliyin döyüş planlaşdırılması sahəsindəki doktrin sənədləri sərtləşdirildi. Qarabağ müharibəsindən sonra vəzifəsindən uzaqlaşdırılan Tonoyan (Ermənistan müdafiə nazirinin adını daşıyır) doktrinası qəbul edildi. Tonoyan yeni müharibə başlayacağı təqdirdə Ermənistanın Azərbaycanın yeni ərazilərini işğal edəcəyini, neft və qaz hasil edən sahələrdə, strateji boru kəmərləri boyunca kritik infrastruktur obyektlərinə zərbə endirəcəyini bildirən yeni doktrinal sənədlər təklif etdi.

Yəni, Ermənistanın doktrinal sənədlərində aqressiv bir dəyişiklik baş verdi. Əmin idilər ki, Azərbaycan müharibəni heç vaxt qazana bilməz. Çünki 20 ildən çoxdur ki, ermənilər, göründüyü kimi, alınmaz müdafiə xətti yaratmışdılar:

  • uzunmüddətli atəş qurğuları;
  • onlarla metr uzanan beton tunellər;
  • kazematlar,
  • sığınacaqlar,
  • sursat anbarları,
  • qarşıda kilometrlərlə minalanmış sahələr;
  • güclü artilleriya atəşi dəstək sistemi.

Ermənilər 25 ildir alınmaz müdafiə sistemi yaradırlar. Və əmin idilər ki, Azərbaycan ora heç vaxt çata bilməyəcək. Müqavimət göstərəcək və hücum edə bilməyəcək, çünki müdafiə sistemi erməni generallarına göründüyü kimi nəhəng idi. Paşinyan bu hesabatları ciddiyə aldı. Heç kim müharibənin necə bitəcəyini proqnozlaşdırmırdı. Və Azərbaycan səriştəli davranırdı. Müharibəyə hazırlaşırdılar: yeni avadanlıqlar aldılar, mənimsədilər, orduya təlim verdilər.

Moskvadakı tok-şoularda erməni politoloqların dediklərini xatırlayırıq: Ermənilər döyüşçüdür, azərbaycanlılar isə tacirdirlər, buna görə də hər hansı bir müharibənin nəticəsi Ermənistanın qalib gəlməsidir. Budur onların ideologiyası…

Tərcümə: Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə