Hadisələr ABŞ-ın antiterrora hazırlıqsız olduğunu göstərdi Yuri Jdanov

Hadisələr ABŞ-ın antiterrora hazırlıqsız olduğunu göstərdi Yuri Jdanov

ABŞ-da konqres binasına basqın polisin ölkədəki əsas obyektləri qorumaq istəmədiyini və hazırsızlığını nümayiş etdirdi. SİA xəbər verir ki, bunu Beynəlxalq Polis Birliyinin Rus bölməsinin prezidenti Yuri Jdanov RİA Novosti agentliyinə açıqlamasında bəyan edib.

“ABŞ-dakı vəziyyət, hüquq mühafizə qüvvələrinin ölkədəki əsas obyektləri qorumağa hazır olmadığını, antiterrora mütləq hazırlıqsız olduğunu göstərdi. Spikerin kabinetinin, binanın, çıxış zalının zəbt edilməsinə, ələ kemirilməsinə imkan verilməməlidir. Bütün bunlar ondan xəbər verir ki, polis, eləcə də ABŞ hökuməti bu cür çağırışlara, arzuolunmaz hallara hazır deyil. Küçələrə toplanan, dağıdıcı hərəkətlər edən və ictimai dəyərlərə, demokratiyaya, insan haqlarına və s. zərər verən insanlar uyğunsuz davranırlar", deyə Jdanov bildirib.

“Digər tərəfdən, bu, həddən artıq güc tətbiqi səbəbindən polisin təhqirlərə məruz qaldığından bezdiyini göstərir. Bu da ona gətirib çıxarıb ki, mühafizəçilərin əlləri soyuyub və onların risk etmək, daha kəskin davranmaq niyyəti yoxdur. Bu iki amil polisin belə bir cəmiyyəti qorumaq istəklərinin olmamasına gətirib çıxarıb", deyə agentliyin müsahibi, Yuri Jdanov əlavə edib.

Xaırladaq ki, çərşənbə günü, Donald Trampa dəstək göstərmək məqsəsi ilə nümayiş keçirmək üçün Vaşinqtonda toplaşan Tramp tərəfdarları, son seçkilərin nəticələrini təsdiqləməsi lazım olan iclası dayandıraraq Konqres binasına basqın ediblər. Qanun icraçıları tərəfindən gözyaşardıcı qaz və səs bombasından istifadə olunub. Vaşinqton polisinin verdiyi məlumata görə, nümayişlərdə dörd nəfər öldü.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə