“Prezidentin apardığı siyasəti xalq çox yüksək qiymətləndirir” ÖZƏL-MÜNASİBƏT
“Bildiyimiz kimi yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Hörmətli, Cənab Prezident İlham Əliyev keçən ilin yekunları ilə bağlı geniş, bütün sahələri əhatə edən nitq söyləyib. Dövlət başçısı ilk olaraq təbii ki, 44 günlük tarixi qələbəmizə, Vətən Müharibəsinə toxunaraq Ermənistanın biabırçı məğlubiyyəti ilə bağlı bir daha öz fikirlərini ictimaiyyətin diqqətinə çatdırıb. Dövlət başçısı Ermənistanın sülh prosesindən yayınaraq təxribatçı əməllərinə qarşı başladılan geniş əks-hücum əməliyyatlarından bəhs edərək 300 dən çox yaşayış məntəqəsinin hərbi yolla işğaldan azad olunmasını və bundan sonra Ermənistanın diz çokərək təslimçilik aktını imzalamasını bir daha bəyan edib. Həmçinin, təslimçilk aktını imzalayan Ermənistanın bir güllə atılmadan üç rayonumuzu təhvil verməsini də Cənab Prezident xüsusi olaraq qeyd edib.
“Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi”, deyə vurğulayan Cənab Prezident Qələbənin qazanılmasında əsas rolun aparılan qətiyyətli siyasətin və xalqın birliyindən ibarət olmasını bir daha bəyan edib”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
Birliyin sədri qeyd edib ki, bəli, xalqımız bu Vətən Müharibəsində öz Ali Baş Komandanının ətrafında sıx birləşərək görünməmiş birlik nümayiş etdirdi.
“Eyni zamanda Cənab Prezident öz nitqində səsləndirdiyi bir fikri də vurğulamaq istərdim. “Bu Qələbə bütün dünyaya sübut etdi ki, - bir daha bunu qeyd etmək istəyirəm,-bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”. Bəli Cənab Prezident İlham Əliyev hakimiyyətə gələn gündən söylədiyi hər fikrə və verdiyi sözə daim əməl edib. Onlardan ən başda olanı Cənab Prezidentin daim “Azərbaycan öz torpaqlarını azad edəcək, ərazi bütövlüyü bərpa olunacaq”, fikri olub. Cənab Prezident dediyi sözü əməli ilə sübut etdi. Torpaqlarımız düşməndən azad olundu. Cənab Prezident eyni zamanda dünyada olan erməni havadarlarının müharibə vaxtı apardıqları fəaliyyətə də toxunaraq qeyd etdi ki, bizim qətiyyətli və ədalətə söykənən mövqeyimiz qarşısında bu güclərin Ermənistana verdiyi dəstək əhəmiyyətsiz oldu. Cənab Prezident həmçinin müharibə başa çatandan sonra baş verən bəzi məsələlərlə bağlı da öz mövqeyini bildirərək, Ermənistana bir daha xəbərdarlıq etdi. Bildirdi ki, “baş verənlərdən onlar düzgün nəticə çıxaracaqlar. Çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar”. Bəli, Cənab Prezident təmamilə haqlı xəbərdarlıq edir, xalqımız da bu mövqedədir və öz prezidentinin arxasındadır”, deyə Anar Xəlilov əminlik ifadə edib.
Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının diqqətə çatdırıb ki, sonra Cənab Prezident nitqini artıq quruculuq dövrü ilə bağlı davam etdirərək, eyni zamanda 2020 ci ilin fevral ayında keçirilən parlament seçkilərinə də toxundu.
“Ölkə başçısı Parlament seçkilərini demokratiya istiqamətində atılmış növbəti ciddi addım kimi qiymətləndirdi. Nazirlər kabinetində rəhbərliyin dəyişdirilməsinə toxunan Cənab Prezident eyni zamanda aparılan geniş kadr islahatlarını da qeyd etdi. Bəli bu gün bütün sahələr üzrə respublikamızda geniş kadr islahatları aparılır. Bu islahatlar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Korrupsiya və rüşvətxorluğa qarşı aparılan ciddi mübarizəyə də toxunan ölkə başçısı, bunun da kadr islahatları ilə bağlı məsələ olduğunu qeyd etdi. Bir daha bəyn etdi ki, heç kim qanundan üstün deyil. Dövlət başçısı təbii ki, 2020-ci ilin bəlası sayılan koronovirusla mübarizə tədbirlərinə də toxunaraq qeyd etdi ki, görülən tədbirlər nəticəsində Azərbaycan bu sınaqdan şərəflə çıxdı. Bəli, Cənab Prezidentin çevik müdaxiləsi və göstərişləri əsasında yeni laboratoriyalar, modul xəstəxanalar yaradıldı, dərman ləvazimatları, müasir aparatlar alınaraq ölkəmizə gətirildi. Digər vaxtında atılan lazımi tədbirlər də koronovirusla mübarizədə öz töhvəsini verdi. Koronovirusun dünya ölkələrinin iqtisadiyyatına vurduğu ziyana toxunan Prezident Azərbaycanın digər ölkələrlə müqayisədə az itkilərlə çıxdığını diqqətə çatdırdı. “Bizim iqtisadiyyatımız 4 faiz azalıb, bu yaxşı göstəricidir. Amma, eyni zamanda qeyri-neft sənayemiz 11 faizdən çox artıb”, deyə ölkə başçısı bildirib. Bəli, Cənab Prezident özü də qeyd etdiyi kimi sənayeləşmə siyasətənin düzgün aparılması naminə bu nailiyyət əldə olunub.
Azərbaycanın daha bir uğurlu Beynəlxalq layihəsi TAP-ın istismara verilməsi ilə bağlı şad xəbəri də dövlət başçımız diqqətə çatdırdı. Bununla Cənub Qaz Dəhlizinin tam istismara verildiyini Prezident bəyan etdi. Bəli, bu böyük iqtisadi və siyasi uğurdu və Azərbaycan qazı tarixdə ilk dəfə artıq Avropa məkanındadır. Digər Beynəlxalq və yerli proqramlara toxunan ölkə başçısı “ biz düzgün yoldayıq”, deyə vurğuladı. Bəli bu gün Cənab Prezidentin bütün sahələr üzrə apardığı siyasət ən düzgün siyasətdir və xalq bunu çox yüksək qiymətləndirir.
Yekun nitqində Cənab Prezident əsas fikrini azad edilmiş ərazilərimizdə görüləcək quruculuq işlərinə yönəltdi. Şuşaya çəkiləcək yeni yoldan danışan Prezident relyefə görə bu layihənin çətin olduğunu desə də, bu yolun tezliklə inşa olunacağını qeyd etdi. Eyni zamanda digər işğaldan azad olunan yaşayış məntəqələrimizdə də yol tikintisinin aparılmasına artıq start verildiyini ölkə başçısı nəzərə çatdırdı. Füzuli şəhərində beynəlxalq hava limanının tikintisinin yaxın vaxtlarda başlanacağını da Prezident qeyd etdi. Prezident daha bir yeniliyi də qeyd etdi, bu, Şuşaya dəmir yolunun çəkilməsi ilə bağlı planın artıq hazırlanmasına başlanılmasıdır. Aparılacaq bərpa işləri ilə bağlı danışan Cənab Prezident müharibənin iki aya yaxın bitməsinə baxmayaraq artıq xeyli işlərin də görüldüyünü qeyd etdi. Çıxışının sonunda xalqa xoşbəxtlik arzulayan Cənab Prezident, məcburi köçkünlərin də tezliklə öz yurdlarına qayıtmasını arzu etdi.
Hesab edirəm ki, dövlət başçımız İlham Əliyevin 2020- ci ilin yükunlarına həsr olunmuş nitqi bütün xalqımızın ürəyincədir, Azərbaycanımızın güclü sabahına inamın bir daha bariz nümunəsidir. Prezident qeyd etdiyi kimi, anti milli şuralar bu xalqı aldada bilməz. Xalq özünün böyük, dahi siyasətçisinə, fateh Ali Baş Komandanı İlham Əliyevə inanır və onu dəstəkləyir. Tanrı Prezidentimizi və ailəsini qorusun! 2021-ci il Azərbaycan üçün daha uğurlu və itkisiz olsun!”, deyə Anar Xəlilov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB