ABŞ-da baş verənlər demokratiyanın yeni miladı kimi qiymətləndirilə bilər - ŞƏRH ÖZƏL
"ABŞ-da baş verənlər əslində həqiqi demokratiyanın yeni miladı kimi qiymətləndirilə bilər. Çünki bu vaxta qədər bütün dünyaya ideal demokratiya kimi təqdim edilən Amerika demokratiyası heç də həqiqi demokratiya deyil, tamamilə elita demokratiyası kimi səciyyələndirilə biləcək demokratiya idi. Bunun əsasını isə demokratiyanın ilkin mənbəyi kimi xarakterizə olunanan seçki sistemi təşkil edirdi. Yəni Amerikada 200 illik demokratiya tarixində heç vaxt sadə seçici birbaşa səs verməklə öz mövqeyini ortaya qoya bilməyib, onun səsi sadəcə təmsilçi seçməklə məhdudlaşdırılıb. Ona görə də Amerika demokratiyasından danışanda onu təmsilçi demokratiya adlandırılar. Bu isə əslində bir qrup siyasi elitanın hətta bir qədər də dəqiqləşdirsək anqlosakson elitanın maraqlarına xidmət edən demokratiya idi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, bu demokratiya hətta o dərəcədə süni idi ki, nəinki xalqı siyasi iştirakçılıqdan kənarda qoyur hətta elitanın içərisində belə "demokratik lider"-lər layihə formasında həyata keçirilirdi: "Nəticə isə ölkədə respublikaçılar və demokratlar arasında hakimiyyət ötürülməsini təmin edən mexanizm yaratmaqla vətəndaş təşəbbüskarlığını, iştirakçılığln minumuma endirildi. Bu isə heç də həqiqi demokratiya adlandırıla bilməzdi. Donald Tramp məhz bu "layihələndirilimiş" demokrtaiyaya və onun seçki sistemindəki qüsurlara etiraz edərək bir növ amerika demokratiyasını təftişə məruz qoydu və dərhal bəlli oldu ki, bu demokratiya dayanıqlı və demokratik təzyiqə dözümlü olan daxili struktura malik deyil. Hazırda ABŞ-da yaşananları şərtləndirən amillər bu sistemin yaratdığı məhdudiyyətlərdən doğan amillərdir. Bu gün bir sıravi Amerika vətəndaşı senata daxil olub "bura mənim evimdir" şüarı səsləndirə bilirsə, bu 200 illik ABŞ demokratiyasının 200 il ərzində adi vətəndaşa bu şüarı səsləndirə biləcək qədər cəsarət haqqı tanımasının yeganə nümunəsidir. Yəni əslində xalqın nəhayət həqiqi demokratiya uğrunda mübarizəyə iddialı olmasının göstəricisidir".
H.Babaoğlu vurğulayıb ki, 6 yanvar hadisələrindən sonra hadisələr bu cür inkişaf etməkdə davam edərsə, ABŞ-demokratiya tarixində yeni keyfiyyət mərhələsi başlaya bilər: "Sonuncu Prezident seçkilərindən əvvəl keçirilən rəy sorğusunda iştirak edən respondentlərin kimə və nə üçün səsə verəcəklərilə bağlı suala təqribən 30 faiz iştirakçı öz mövqelərini kiçik və orta biznesə olan münasibətə görə müyyən etdiklərini ifadə etmişdilər ki, bu kateqoriyaya əsasən latındillilər daxildir. İrqi məsələlərə görə öz siyasi mövqeyini dəqiqləşdirənlər isə ümümi respondentlərin 20 faizə qədərini təşkil edirdi ki, bunlar da əsasən afroamerikanların mövqeyi idi. 17 faiz isə pandemiyaya qarşı mübarizə metodlarının effektivliyinə görə öz siyasi mövqelərini dəqiqləşdirəcəklərini demişdi və .s. Göründüyü kimi təkcə bu müqayisədə artıq elə reallıqlar ortaya çıxır ki, hansı ki, onlar rəsmi nəticələrdə təsdiqini tapmır. Əslində narazılıq edənlər də elə onlardır. Daha xırda detallara girmədən ümumiləşdirmə aparsaq görəcəyik ki, baş verən hadisələr səbəbsiz deyil. Bu isə ABŞ demokratiyasının heç də təqdim edildiyi kimi ideal olmadığının göstəricisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB