Daha 4 erməni hərbçi cəsədinin qalıqları tapılıb

Daha 4 erməni hərbçi cəsədinin qalıqları tapılıb

Qarabağda daha dörd erməni hərbçisinin cəsədinin qalıqları tapılıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə qondarma rejimin Dövlət Fövqəladə Hallar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hunan Tadevosyan Sputnik Ermənistan-a bildirib.

O, qeyd edib ki, iki axtarış qrupu Hadrut bölgəsində və Füzuli-Hadrut istiqamətində tapılması mümkün olanları axtarmağa davam edir.

“Yanvarın 5-də bölgədə daha 4 hərbçinin cəsədi tapılıb. Bu gün axtarış işləri həmin istiqamətlərdə davam edir”, deyə Tadevosyan bildirib.

Xatırladaq ki, 5 yanvar tarixinə hərbçi və mülki vətəndaşlar da daxil olmaqla ümumilikdə 1188 erməni cəsədi tapılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə