İkiüzlü siyasətindən əl çəkmir Fransa

İkiüzlü siyasətindən əl çəkmir Fransa

Humanitar yardımla təchiz edilmiş 5-ci təyyarə Fransadan Ermənistana yollanıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Aznavour” fondunun Facebook səhifəsində qeyd edilib.

“5 yanvar tarixində humanitar yardım gətirən 5-ci təyyarə Fransadan Ermənistana gəlib. “Aznavour” Fondu, yüklərin toplanmasında və daşınmasında iştirak edən bütün təşkilatlara təşəkkür edir”, deyə fondun sosial şəbəkə hesabında bildirilir.

Qeyd olunur ki, Yuri Corkaeff bu dəfə də bir qrup fransız həkimlə birlikdə humanitar missiyanı davam etdirmək və Dağlıq Qarabağ müharibəsi qurbanlarına kömək etmək üçün Ermənistana şəxsən gəlib.

Göründüyü kimi, Fransa hələ də erməniləri, onların terrorçuluq siyasətini, haqsızlığını dəstəkləyir, ikiüzlü siyasətindən əl çəkmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə