Paşinyan təcrid olundu bəhanə tapmaq üçün

Paşinyan təcrid olundu bəhanə tapmaq üçün

Nikol Paşinyanın İrəvanın Qreqori İşıqlandırıcı Kafedral Liturqiyada olmamasına aydınlıq gətirilib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Mane Qevorqyan açıqlama verib.

Mane Qevorqyan, Armenpress-in sualını cavablandırarkən deyib ki, epidemiya vəziyyətinə görə baş nazir özünü təcrid edib.
Xatırladaq ki, vətəndaşlar Paşinyanın ayin mərasimində iştirakının qarşısını almaq niyyətində idilər. Onu da qeyd edək ki, ötən ilin yazında Moskvaya işgüzar səfərini ləğv etmək üçün də Nikol Paşinyan koronavirusa tutulduğunu bəyan edərək, bunu bəhanə gətirmişdi. Görünür, yenə də Moskvada gözlənilən görüşdən imtina etmək, boyun qaçırmaq üçün Ermənistanın baş naziri bəhanə axtarır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə