Dünya Bankı 2020-ci ildə Ermənistanda iqtisadi yavaşlama proqnozunu bir qədər də aşağı salıb, 2021-ci il üçün də nikbin proqnozlar verməyib. SİA Ermənistana məxsus armenianreport.com satında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Dünya Bankının çərşənbə axşamı yayımladığı "Dünya iqtisadiyyatının perspektivləri" (Global Economic Prospects) hesabatında bildirilib.
Dünya Bankı, Ermənistan iqtisadiyyatının 2020-ci ildə 8 % azalacağını, 2021-ci və 2022-ci illərdə bunun mənfi təsirlərini proqnozlaşdırıb.
Eyni zamanda xatırladılır ki, İyun Qlobal İqtisadi Perspektivlər hesabatında Dünya Bankı 2020-ci ildə Ermənistan iqtisadiyyatının 5,2%, 2021-ci ildə daha 1,8% azalacağını proqnozlaşdırırdı.
“Pandemiya və münaqişə şoklarının zəifləməsi, bununla da turizmin bərpa edilməsi, istehlakçı və işgüzar inamın artması ilə Cənubi Qafqaz alt bölgəsində 2021-ci ildə artım proqnozlaşdırıla bilər.
Azərbaycanda fəaliyyətin proqnozlaşdırılan dövrdə neft qiymətlərinin sabitləşməsi və iqtisadiyyatın investisiya və yenidənqurma xərclərindən faydalanması ilə genişlənəcəyi gözlənilir. Ermənistanla Azərbaycan arasındakı sülhsevər bir bəyanatın bölgədəki geosiyasi gərginliyin azaldılmasına kömək edəcəyi gözlənilir”, deyə hesabatda bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB