Ermənistan prezidenti Armen Sarkisyan yeni ili ailəsi və nəvələri ilə birlikdə Londonda qeyd edib. SİA Ermənistana məxsus Armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Sarkisyan Londonda uğurlu bir ayaq əməliyyatı keçirib və Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, bununla birlikdə prezidentin yeni bir koronavirus əlamətləri ortaya çıxıb.
Məlumatda həmçinin bildirilir ki, Ermənistan prezidentinin yeni koronavirus testi də pozitiv göstərib və onun koronavirus xəstəsi olduğu bəlli olub.
Qeyd olunur ki, Sarkisyan müvəqqəti olaraq fəaliyyətini məsafədən davam edəcək.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB