Bu gün YAP Samux rayon təşkilatında idarə heyətinin videogörüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Samux rayon təşkilatının 2020-ci ildə gördüyü işlərə dair hesabatı dinlənilib və 2021-ci ilin I yarımillik iş planı müzakirə edilib.
Görülən işlərə dair hesabatı YAP Samux rayon təşkilatınnı sədri Gündüz Bayramov edib. Hesabat dinlənildikdən sonra çıxış edən İdarə heyətinin üzvləri YAP Samux rayon təşkiatının 2020-ci ildəki fəaliyyətini bəyənərək qənaətbəxş hesab ediblər. Qərar səsə qoyularaq təsdiq edilib.
Sonra 2021-ci ilin I yarımillik İş planı müzakirə edildi.Rayon təşkilatının İdarə heyəti üzvlərinin rəy və təklifləri nəzərə alınaraq I yarımillik İş planı da səsvermə yolu ilə təsdiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB