Rusiyanın rəsmi xəbər agentlikləti “dqr”in təbliğatı ilə məşğuldur FOTOFAKT
Bu fakt tərəfsizliyi şübhə altında qoymaqla yanaşı, imzaya hörmətsizlik və öhdəliyə götürülmüş vəzifənin icra edilə biilinməməsi kimi qiymətləndirilə bilər!
Qondarma və quldur “dqr” rejiminin Rusiya sülhməramlılarının nəzarətində qalan hissəsində “təhlükəsizlik şurasının sədri” vəzifəsinə təyin olunmuş Vitali Balasanyanın Xankəndi və s. ərazilərdə alkoqollu içkini, narkotikləri yasaq elan etməsi və bu yasağın Rusiya sülhməramlılarına da aid edilməsi “qərarının” ardınca onun təbliğatı Rusiyanın hakimiyyətə yaxın telekanallarında da təbliğ olunmağa başlayıb. SİA xəbər verir ki, tanınmayan, mövcudluğu olmayan bir ərazini “respublika” kimi təqdim edən, üstəlik quldur rejiminin nəzarətində qalan silahlı dəstələri “dqr”in “müdafiə ordusu” kimi qələmə verən ruslar Balasanyanın “qərarına” istinad edərək, az qala oraları bir “ölkə” olaraq təqdim edir.
Qeyd edək ki, onsuz da son günlər Rusiya sülhməramlılarının qarşılarına qoyulmuş vəzifələrinin öhdəsindən gələ bilməmələri, yaxud tərəfsizlik nümayiş etdirmələri yerinə erməni separatçılarına və silahlılarına dolayı dəstəklər göstərmələri Azərbaycan cəmiyyətində ciddi narazılıq və hiddət doğurub və belə bir anda Rusiyanın hakimiyyətə yaxın TV-də, saytlarında, portallarında “dqr”in açıq-aşkar təbliğatı ilk növbədə üçtərəfli atəşkəs bəyanatının pozulması anlamını verir, eyni zamanda belə bir təəssürat yaradır ki, əslində sülməramlıların davranışları ilə yanaşı, rus televiziyaları da ölkə rəhbərliyinin imzasına hörmətsizlik göstərməkdədirlər. Habelə, Rusiyanın dövlət rəhbərliyi də baş verənlərrə biganə yanaşmaqdadırlar. Məsələn, bir neçə gün əvvəl Hadrut və Xocavənddə erməni silahlılarının hərbçilərimizə qarşı törətdikləri diversiya hadisəsindən sonra Rusiya müdafiə nazirliyi tabeçiliklərində olan sülhməramlıların bu məsələyə dərhal müdaxilə etməsi yerinə, həmin hadisədən 10 saat (!) rəsmi açıqlama ilə çıxış edib. Bu isə həm də belə deməyə əsas yaradır ki, Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıdığını bəyan edən Rusiyanın dövlət başçısının sözlərinə rəğmən, bu ölkənin müdafiə nazirliyinin rəsmi saytında qondarma və quldur rejimin bayrağı hələ də qalmaqda davam etməsi, üstəlik RİA Novostinin təbliğat aparması bir daha bizləri düşünməyə vadar edir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB