Paşinyan barədə rüsvayçı faktlar Ermənistan mediasında

Paşinyan barədə rüsvayçı faktlar Ermənistan mediasında

Nikol Paşinyanın illər öncə redaktor olduğu zamanlarda “Haykakan Jamanak”da çalışan jurnalist Avetis Babajanyan, bu yaxınlarda Nikol Paşinyan haqqında bir məqalə dərc edib. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, qeyd olunuğuna görə, ilk baxışdan kiçik bir detal kimi görünən bu hekayə Paşinyanın bütün mahiyyətini, insanlarla və həyatla əlaqəli prinsiplərini, xüsusən Paşinyanın ümumiyyətlə bir insan kimi olmayan əxlaqi xüsusiyyəti barədə məlumat verir.

Məlumatda qeyd olunduğu kimi, Babajanyan öz məqaləsində yazırdı: “1999 Qaqik Sarukyan mühafizəçisi ilə “Haykakan Jamanak”a girib və redaksiya heyətini döyüb. Redaktor Nikol Paşinyan, cinayətin açılması və ya redaksiyaya edilən hücumu və jurnalistlərin döyülməsini açıq şəkildə qınamaq niyyəti, məqsədi ilə hüquq-mühafizə orqanlarına, beynəlxalq və yerli insan haqları təşkilatlarına müraciət etməyib. Bəzi jurnalistlər ondan müsahibə istədikləri halda, o mətbuatın bu barədə məlumat verməməsi üçün əlindən gələni edib. Bunun əvəzinə Sarukyanla vasitəçilər yolu ilə ticarət, alver etməyə başlayıb və bəzi mənbələrə görə redaksiyasının təhqir olunması müqabilində 30-50 min dollar alıb, hansı ki, bu onun üçün həmin dövrdə çox böyük, demək olar ki, astronomik bir məbləğ idi. Sarukyan özü real razılaşma hesabını deyə bilər. Üstəlik, redaksiyada jurnalistlər döyüldü, redaksiya ümumilikdə təhqir olundu, döyülmənin kollektiv olmasından şikayət edənlər olsa da pulu yalnız Nikol mənimsəyib".

Məqalə müəllifi sonda sual edir ki, 24 yaşındakı bir şəxs özünün və redaksiyasının ləyaqətini sata bilirsə, bununla pul qazana bilərsə, bu halda eyni adam 45 yaşında vətənini və soydaşlarının həyatını sata bilməzmi?

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə