Ermənistan Ombudsmanı dünən Hadrud ərzisindəki atışma barədə ağlına gələn absurd fikirlərlə çıxış edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan Ombudsmanı Arman Tatoyan öz bəyanatında absurd yanaşma nümayiş etdirib.
Məlumata görə, guya Ombudsman yayılan xəbərlərin ardınca dərhal Ermənistanın Müdafiə Nazirliyinə və qondarma rejimin Müdafiə Ordusuna təcili müraciətlər ünvanlayıb və guya hər ikisi bu məlumatları qəti şəkildə rədd edib və atəşkəs rejiminə ciddi şəkildə əməl olunduğunu bildirib. Üstəlik, həyasızcasına bəyan edib ki, guya Ombudsman Aparatının müşahidələrinə və İranın MiranPress telegram kanalı mənbələrinə görə, 28 dekabr tarixində Hadrut bölgəsindəki döyüşlər Qarabağ və Azərbaycan silahlı qüvvələri arasında deyil, atəş açan Azərbaycan hərbçiləri arasında olub və bir-birinə atəş açıblar.
Ermənistan mediasının yayımladığı məlumatdan bəlli olur ki, bu ölkənin Ombudsmanı xüsusi olaraq qorxu içərisindədir və əsirlərlə bağlı həyəcan keçirir.
“Müharibədən sonrakı dövrdə silahlı qarşıdurmaya dair hər hansı bir təxribat və ya bəyanat əsirlərin geri qaytarılmasına və cəsədlərinin mübadiləsinə mane ola bilməz”, deyən Ombudsman Arman Tatoyan bununla öz həyəcanını gizlədə bilməyib.
Hazırda insan hüquqlarının qorunması ilə əlaqəli ən vacib humanitar prosesin aparıldığını və olanların xüsusilə əsirlərin geri qaytarılması və cəsədlərinin mübadiləsi ilə əlaqəli olduğunu Tatoyan utanmadan söyləyib.
Göründüyü kimi, Ermənistan tərəfi, xüsusilə bu ölkənin Ombudsmanı absurd bəyanatlarla çıxış edirlər. Bəlli olur ki, təkcə erməni baş nazir deyil, bu ölkənin Ombudsmanı da sərsəmləyir və bu həmin işğalçı ölkə üçün adi hala çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB