Azərbaycanda hər bir rayonda şəhidlər muzeyi yaradılsın – Təklif
Azərbaycanda hər bir rayonda şəhidlər muzeyi yaradılsın. SİA-nın məlumatına görə, bu təkliflə deputat Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında çıxış edib.
T.Kərimli bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində böyük qələbə qazandı: “Biz bu qələbəni gələcək nəsillərə çatdırmaq üçün işlər görməliyik. Bunun üçün hər bir rayonda şəhidlər muzeyi yaradılmalıdır.
Bizdə Şəhidlər Xiyabanı var. Bura gedəndə biz faciələri xatırlayırıq. Şəhidlər Xiyabanlarını Qalibiyyət, Zəfər memorialına çevrilməliyik”.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB