"Rusiya azərbaycanlıların Şuşaya qayıtmasına mane olmağa çalışır". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Hadrut və Tuğ kəndində erməni silahlı birləşmələrinin növbəti dəfə hərbiçilərimizə hücumu son deyil: "Əgər, iqtidar qətiyyətli addımlar atmasa, bu kimi diversiya halları davamlı olacaq. Bu diversiya təxribatlarının arxasında Rusiya hakimiyyəti durur. Çünki, Rusiya Hadrutu götürmək və Xocalı aeroportunu açmaq üçün təzyiqlərini davam etdirir. Həmçinin Şuşaya azərbaycanlıların köçürülməsinə mane olmağa çalışır. Ermənilər vasitəsilə terroru davam etdirməklə, bu ərazilərin təhlükəli olacağını mesajını verir. Rusiyaya sual edilməlidir ki, siz Dağlıq Qarabağda nəyi və kimləri müdafiə edirsiz?! Siz, Arayik Arutunyani, Vitali Balasanyanı və burada silahlı erməni birləşmələrini qoruyursuzsa, Azərbaycana lazım deyilsiz.
Qeyd edim ki, ötən gün Laçın dəhlizindən erməni hərbi kolonu Rusiya "sülhməramlı" qüvvələrinin müşaiyəti ilə Dağlıq Qarabağa gətirildi. Məhz həmin silahlı erməni birləşmələri, bu hücumu həyata keçirib. 10 noyabr razılaşması Rusiya hakimiyyəti tərəfindən pozulur və bununla yanaşı ermni terroruna dəstək və istiqamət verir. Bu hücumda Ermənistanın rolunu istisna edirəm. Nikol Pasinyan indiki vəziyyətdə Azərbaycanla müharibə etmək marağında deyil. Bu hücumlar Xankəndində "Sülhməramlı" qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov tərəfindən təşkil edilərək, daima Azərbaycana təzyiq siyasəti formalaşdırılır. Ermənilərin Xankəndinə köçürülməsi və silahlı erməni birləşmələrinin qorunması, bu planın tərkib hissəsidir.
Ümumiyyətlə Putin hakimiyyəti çalışacaq ki, burada erməni terrorizmini inkişaf etdirərək, Azərbaycana qarşı istədiyi vaxtda təzyiqlər etsin. Ona görə də Azərbaycan Rusiyadan erməni silahlı birləşmələrini ərazidən çıxarılmasını tələb etməlidir. Xankəndində Azərbaycanın yuridiskiyasının təmininə çalışmalıdır.
Hadrud və Tuğda baş verənlər göstərir ki, Rusiya erməni terrorunun arxasındadır və "sülhməramlı" qüvvələr Rusiyanın Dağlıq Qarabağda hərbi bazası rolundadır. Artıq Rusiyanın Dağlıq Qarabağda sülhə və təhlükəsizliyə təhdid olduğu aydın görünür. Rusiya tərəfi burada öz hərbiçilərinin sayını artıracaq və Azərbaycanın Xankəndinə nəzarəti əldə etməsinə imkan verməyəcək. Ötən həftə V.Putin hərbiçilərinin sayının artırılmasını istisna etmədi.
Qeyd edək ki, Rusiya bizim Xankəndini götürməyimizə mane olaraq indiki vəziyyəti yaradıb. Azərbaycan silahlı qüvvələri prosesi başa çatdırıb, bütün ərazilərdə erməni silahlılarını təmizləyəcəkdi. Rusiya "sülhməramlı" qüvvələrinin Dağlıq Qarabağda Arayik Arutunyan və Vitali Balasanyana tam dəstək verməsi, onların statusunu tanıması və onlardan Azərbaycana qarşı istifadə etməsi ortadadır.
Azərbaycan Türkiyə qoşunlarını bu ərazilərə yerləşdirməli və anti-terror əməliyyatlarını davam etdirməlidir. Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi ictimaiyyətə məlumatlar verməlidir. Rusiya Azərbaycanı "sürünən" müharibəyə çəkir. Dağlıq Qarabağda mütləq söz sahibi sülhməramlı qüvvələrdir və onların razılığı olmadan ermənilər diversiya edə bilməz. Azərbaycan Türkiyə ilə hərbi müttəfiq müqavilə bağlamalı, Xocavənd və Xankəndi ətrafı hərbi əməliyyatlar keçirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB