"Tofiq Yaqublunun bir videoçıxışına bəzi hakimiyyət təəssübkeşləri elə tərzdə cavab veriblər ki, bu çıxışı mənasızlaşdırmağın əvəzinə daha da diqqət mərkəzinə gətiriblər. Halbuki Tofiq Yaqublunun bütün çıxışı "kökləri torpağın lap üzündə" olan üç tezisin üzərində qurulub. Birincisi, qələbəni İlham Əliyev yox, xalq və ordu qazanıb.
İkincisi, müharibənin ssenarisini Rusiya hazırlayıb, İlham Əliyev icra edib. Üçüncüsü, müharibədən sonra İlham Əliyevin sıçrayışla yüksələn reytinqi tezliklə sönüb gedəcək".. SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspert bildirib ki, bunlara görə Tofiq bəyi "söyüb yamanlamaq" yox, sadəcə onun üç tezisinin tutarsızlığını aydın görən bütün ağıllı adamlara bunu bir daha soyuqqanlıqla izah etmək yetərdi: "Beləliklə, birincisi, Qələbəni İlham Əliyev qazanmayıbsa, tarixdə Komandansız xalq və ordunun birləşərək qalib gəldiyinə dair bircə fakt varmı? İkincisi, müharibənin ssenarisini Rusiya hazırlayıbsa, bəs Türkiyə nə iş gördü və Tofiq bəyin təəssübkeşi olduğu AXC hakimiyyəti nə əcəb öz dövründə Rusiyanı Azərbaycanın nəfinə belə ssenarilər hazırlamağa yönəldə bilmədi? Üçüncüsü, İlham Əliyevin müharibə ilə qalxan reytinqinin "tezliklə sönəcəyindən" (?) onun öz düşərgəsinin narahat olması daha təbii görünərdi, nəinki inkarçı siyasi oponentlər".
A.Quliyev vurğulayıb ki, ölkədə öz reytinqini sıçrayışla qaldırmağı bacaran adam yəqin ki, onun tez sönüb getməməsi üçün nələri etmək, nələri etməmək sualının da dəqiq cavabını bilir: "Deyəsən siyasətə qayıtmalı olacağıq...".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB