İşğaldan azad edilmiş ərazilərimizi dünyanın ən gözəl məkanlarından birinə çevirəcəyik - Samir Şərifov
İşğaldan azad edilmiş ərazilərin nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevirəcəyik və əminəm ki, buna nail olacağıq. SİA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.
Nazir bildirib ki, həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiya edilməsi, bərpa olunması, orada əhalinin həyat şəraiti üçün lazımi şəraitin yaradılmasına büdcədə xüsusi diqqət yetirilib:
"Bilirsiniz ki, dövlət büdcəsindən bu istiqamətdə 2.2 milyard manat vəsait ayrılıb. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün də 4.6 milyard manat vəsait ayrılıb. Ümumilikdə dövlət büdcəsində bu məsələlərə xüsusi diqqət yetirilib".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB