Hüquq mühafizəçiləri meydanda çadır quraraq gecələyən etirazçılara qarşı bir neçə tələblə çıxış edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, tələblər arasında Ermənistan paytaxtında çadırlar qurub meydanda gecələməmək tələbi də var.
Ermənistan polisi Azadlıq Meydanında toplanan müxalifətçilərə ölkə qanunlarına riayət etmək tələbi ilə də müraciət edib.
Həmçinin polis, vətəndaşların və dövlət qulluqçularının aksiya keçirildiyi yerə və ya ona bitişik olan dövlət qurumlarının binalarına sərbəst giriş-çıxışına müdaxilə etməməyi, digər vətəndaşların sərbəst hərəkət hüququ ilə yanaşı nəqliyyat vasitələrinin hərəkətində də məhdudiyyətlərə yol verməməyi tələb edib.
"Sizi tarix və mədəniyyət abidələrinin ərazilərindən, eləcə də Respublika Meydanı kompleksindən səlahiyyətli orqanların icazəsi olmadan qanunla nəzərdə tutulmayan digər məqsədlər üçün, o cümlədən çadır qurmaqdan çəkinməyə çağırırıq", deyə hüquq-mühafizə orqanlarının rəsmiləri çıxış ediblər.
Xatırladaq ki, dekabrın 22-də müxalifət geniş miqyaslı aksiyalar günü ilə yanaşı ümummilli tətil günü elan edib. Müxalifət qüvvələri, milli maraqlara xəyanət etdiyinə və Qarabağla bağlı Ermənistan üçün biabırçı bir bəyanat imzaladığına görə hökumət başçısının getməli olduğuna əmindirlər.
Müxalifət “Mənim addımım” blokundakı millət vəkillərinə saat 18: 00-a qədər vaxt verib. Parlamentli idarəetmə formasında Nikol Paşinyanın baş nazir vəzifəsindən istefa etməsi məsələsinə ölkə parlamenti qərar verməli olduğuna inanır. “Vətəni Xilas Etmə Hərəkatı”nın üzvləri, “Mənim addımım” cavab verməsə, meydanda qalacaqlarını bildiriblər. Millət vəkilləri isə bu tələbə cavab verməyib. Cavab olaraq müxalifət, hakim blokun parlament üzvlərinin adlarını açıqlayıb və parlamentin iclasını çağırmağa, Paşinyanı vəzifəsindən kənarlaşdırmağa məcbur edəcəklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB