Metropoliten də istefa tələbi ilə tətil edib İrəvanda

Metropoliten də istefa tələbi ilə tətil edib İrəvanda

İrəvan metrosunun inzibati blokunun işçilərinin əksəriyyəti tətil edib. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus armenianreport.com saytında məlumat yayımlanıb.

Məlumatda qeyd olunur ki, İrəvan metrosunun inzibati blokunun işçilərinin əksəriyyəti tətilə çıxıb. Bildirilir ki, onlar Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyada iştirak edirlər.

Həmçinin diqqətə çatdırılır ki, “Daşnaksütyun” partiyasının üzvü Qeqam Manukyan da mitinqdə bu barədə bəyan edib. O, vurğulayıb ki, metropolitenin maşinistlərini tətilə icazə verməyən polis məmurları nəzarətdə saxlayırlar və tətil barədə bəyan etməyə onlara imkan vermirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə