Hər bir azərbaycanlının PREZİDENTİ – İLHAM ƏLİYEV SON 17-İLDƏ

Hər bir azərbaycanlının PREZİDENTİ – İLHAM ƏLİYEV SON 17-İLDƏ

"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

HEYDƏR ƏLİYEV

"Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

İLHAM ƏLİYEV

Bəli, bu gün də seçkm keçirilsə belə, yenə də Prezident İlham Əliyev çox böyük səs çoxluğu ilə qalib gələr. Necə ki, 30 il həsrətində olduğumuz Qarabağ Azərbaycandır! bizə qaytardı. Bu da səbəbsiz deyil. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi bu son 17 il ərzində də Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirərək uğurla həyata keçirdi.

Dahilərin dedtyt kimi, xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir.

Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. «Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Ulu Öndər Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 17 illik prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.

Xilaskarlıq missiyası

Ötən 17 il ərzində Prezident İlham Əliyev atdığı bütün addımları ilə hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayıb. Bədbəxt hadisələr, müharibə zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir.

Tariximizin ən böyük xilaskarlıq missiyasını isə Ulu Öndərin davamçısı, yeni dövrün yeni rəhbəri cənab İlham Əliyev yerinə yetirdi! Ulu Öndərimizin vəsiyyətlərində dediyi kimi, Onun yarımçıq qalmış işlərini başa çatdırmaqla, Azərbaycanı müasir və qüdrətli dövlətə çevirməklə, xalqın ən müqəddəs arzusunu uğurla gerçəkləşdirməklə yerinə yetirir!

Qarabağ Azərbaycandır! – 30 illik torpaq həsrətinə son qoydu

Bəli, 30 il idi deyirdik ki, gün gələcək, torpaqlarımızı, doğia ata-baba torpaqlarımıza – Qarabağ Azərbaycandır! qayıdacağıq. Qayıtdıq, Ulu Öndərimiz!. Qaytardı varisiniz, Qalib Liderimiz Prezidentimiz, hər bir azərbaycanlının Prezidenti İlham Əliyev cənabları qaytardı – Qarabağ Azərbaycandır!. Gün o gün olmadı, gün bu gün oldu!. Xalqımızın ən böyük ağrısı, sağalmaz yarasına Xilaskar Sərkərdəmiz İlham Əliyev məlham qoydu!

BMT qəbul etdiyi dörd qətnaməni yerinə yetirə bilmədi, ATƏT-in Minsk qrupu uğursuz fəaliyyəti, digər beynəlxalq qurum və təşkilatlar beynəlxalq hüququn norma və prinsiplərini, ədaləti təmin etməkdə acizlik göstərdi, Ermənistan isə sülhdən boyun qaçırdı.

Ancaq belə bir mürəkkəb məqamda həm dünya miqyaslı nüfuzlu siyasi xadim, həm mahir diplomat, həm də qətiyyətli sərkərdə kimi meydana girən Prezident İlham Əliyev bir həmlə ilə işğal altındakı torpaqlarımızı düşməndən azad etdi!

"Bizim yumruğumuz bizim birliyimizdir!"

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır: "Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır".

Bəli, bu gün məhz o gücünü, birliyin nəticəsidir ki, 30 il işğalçı Ermənistanın çirkin niyyətlərini alt-üst ktdi. Və Ali Baş Komandanımız İlham Əliyev cənablarının yerli və xarici televiziya kanallarına verdiyi müsahibələrində, xalqa müraciətlərində səsləndirdiyi hər bir bəyanatda 30 ilə yaxın müddətdə dünya dövlətlərinin siyasi iradə ortaya qoymamalarının yol açdığı sual doğuran və dəqiq cavabını axtaran məqamlar öz əksini tapıb. Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki, zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür. Bu gün dünyaya edilən "həqiqətə həqiqət gözü ilə baxaq" çağırışı erməniləri və onların havadarlarını narahat etsə də, unudulmamalıdır ki, beynəlxalq hüquq normaları və prinsipləri deyilən məfhum mövcuddur ki, onlara böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər.

"Biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik"

Prezident İlham Əliyev noyabrın 23-də Ağdama səfəri zamanı bildirib ki, iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik və siyasi müstəqillik də olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik: "Mən bu 17 il ərzində daim deyirdim ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik və təmin etdik. Bu gün biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Asılı olsaydıq, bizə təzyiqlər edilə bilərdi. Onsuz da edilmişdi, ancaq onların heç bir səmərəsi olmadı. Çünki bizə qarşı iqtisadi amildən istifadə etmək mənasızdır. Biz heç kimdən asılı deyilik, hansısa ölkədən, hansısa beynəlxalq maliyyə qurumundan asılı deyilik. Əksinə, biz özümüz indi donor ölkəyik, biz özümüz indi kreditlər veririk. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik".

Dövlət başçımızın dediyi kimi, çünki bu amillər gücümüzü artırdı, qələbəmizi şərtləndirdi: "Bu amillər gücümüzü artırdı, qələbəmizi şərtləndirdi. O amillərin arasında birinci nömrəli məsələ hərbi gücümüzdür. Mən dəfələrlə demişdim ki, bizim üçün hərbi gücümüzün möhkəmləndirilməsi birinci məsələdir. Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə bizim hərbi xərclərimiz hər il büdcə xərcləri arasında birinci yerdə idi. Mən deyirdim və ya vətəndaşlara izah edirdim ki, bəli, bizim çoxlu başqa məsələlərimiz var, həllini gözləyən problemlər var. Ancaq bizim əsas problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ona görə bizim xərclərimiz arasında birinci yerdə hərbi xərclər dayanır. Biz lazım olan texnikanı aldıq. Bu texnikanı, müasir silahları Azadlıq meydanında dəfələrlə keçirilmiş paradlarda nümayiş etdirirdik. Biz ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdik. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi".

Azərbaycan əsgəri ermənilərin törətdikləri qətllərin cavabını verməklə qisası qiyamətə saxlamadı

Bəli, Azərbaycan əsgəri ermənilərin törətdikləri qətllərin cavabını verməklə qisası qiyamətə saxlamadı. Azərbaycan ordusu Sarksyanın qoşunlarının birinci dəfə dərsini 2016-cı ilin aprel döyüşlərində vermişdi. Azərbaycan əsgəri 44 günlük döyüşlərdə isə həmin ordunu məhv etdi. Bir sözlə, Azərbaycan ordusu öz torpaqlarını işğalçı Ermənistandan, onu müdafiə edən sponsorlar və havadarlarından azad etdi. Azərbaycan əsgəri Xocalı və başqa kəndlərdə ermənilərin törətdikləri qətllərin cavabını verməklə qisası qiyamətə saxlamadı.

Beləliklə, itirilmiş əraziləri geri qaytaran Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyev Qalib Lider kimi Azərbaycan tarixinə düşdü!

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

"Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir",-deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı.

Bu gün "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"- Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi olur.

Bu gün Azərbaycan Qarabağa qovuşdu, Qarabağ Azərbaycandır!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə