"Yalançı Paşinyana inanmayın" Sakinlərin çağırışları

"Yalançı Paşinyana inanmayın" Sakinlərin çağırışları

Xain Nikolun ziyarətinə bir nömrəli əngəl olan Gorus meri Aruş Aruşanyan artıq həbs olunub. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, sakinlər erməni baş nazirin sözlərinə, vədlərinə vətəndaşları inanmamağa çağırıblar.

“Azərbaycan Prezidentinin qarşısında diz çökən, yalvaran, məğlub və aciz düruma düşən bir baş nazir bütün suallara cavab verməyə hazır olduğuna insanları inandırmağa çalışır, buna inanmayın. Bəli, o hər şeyin cavabını verəcək. Yenə də, 44 günündə etdiyi kimi hamımızı aldatmağa çalışır. O, müharibəni uduzdu və insanları aldatmaqla 5.000 əsgərin həyatını əlindən aldı, 10 mindən çox insanı əlil etdi və geniş əraziləri təhvil verdi. O, indi də bunu davam edəcək. Nikol yalnız bir şeyi yaxşı edə bilir, o da yalan danışmaqdır, olanları saxtalaşdırmaqdır, sonra da günah etmədiyini utanmadan iddia etməkdir.

Vətəndaşlar bunu artıq yaxşı bilirlər. Hörmətli vətəndaşlar, alçaq millətçilərin sizi inandırmasına imkan verməyin.”, deyə sakinlər öz çağırışlarında bildiriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə