ABŞ Rusiyaya sanksiya tətbiq edəcək “Reuters” yazır

ABŞ Rusiyaya sanksiya tətbiq edəcək “Reuters” yazır

Bayden Administrasiyası kiberhücuma görə Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər. SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ-ın yeni seçilmiş prezidenti Joe Baydenin komandası Rusiyanın kütləvi haker hücumuna verəcəyi mümkün cavabı müzakirə edir.

Gələcək qərargah rəisi Ron Klein "hack" təşkilatçılarına qarşı "yalnız sanksiyalar" hazırlanmadığını, bu cür hücumları həyata keçirmə qabiliyyətini azaldacaq tədbirlərin görüləcəyini də söyləyib. Enerji Nazirliyinin rəhbəri vəzifəsinə namizəd Jennifer Granholm isə "hack"in arxasında kimin olduğunun hələ bilinmədiyini deyib.

“Reuters” andiçmə mərasimindən sonra Bayden administrasiyasından Rusiyaya qarşı mümkün variantların nəzərdən keçiriləcəyini söyləyiblər. Bunlar arasında sərt iqtisadi sanksiyaların tətbiqi və ya Rusiya infrastrukturuna kiberhücum ola bilər. Qrup Rusiyanın gələcəkdə kiber casusluğunu davam etdirəcəyi halda bu ölkəyə qarşı yeni adekvat addımlar atılacağını da müzakirə edib. Eyni zamanda, bəyan edilib ki, seçilmiş Prezidentin komandası ölkələr arasında "münaqişənin böyüməsindən qaçmaq" niyyətindədir.

Ron Klein CBC-nin efirində hazırkı rəhbərliyi ziddiyyətli mesajlarda günahlandırıb. Bundan əvvəlki Dövlət katibi Mayk Pompeo, böyük ehtimalla hücumun arxasında Rusiyanın olduğu qənaətində olduğunu bəyan edib və prezident Donald Trump bunu Çinin törədə biləcəyini ehtimal edib. Cənab Klein hakerlərin bu cür hücumları həyata keçirmə qabiliyyətini azaltmaq üçün cənab Bayden rəhbərliyinin tədbirlər görmək niyyətində olduğunu söyləyib.

Xanım Granholm Baydenin cinayətkarlar müəyyən edildikdə və hücumun miqyası təyin olunduqda "qəti cavab" vermək niyyətində olduğunu bildirib. O, bütün məlumatlarla tanış olmasa da, kiberhücumu kimin həyata keçirdiyi hələ məlum olmadığını qeyd edib.

Mediada da 14 dekabrda baş vermiş kiber hücum barədə məlumat verilib. Hakerlər bir neçə nazirliyin, Dövlət Departamentinin, əyalətlərin və kommersiya şirkətlərinin sistemlərinə giriş əldə ediblər. “The Washington Post” qəzetinin yazdığına görə, hücumun arxasında Cosy Bear (APT29) hakerləri dayanır. Qəzet bu qrupun Rusiya kəşfiyyatı üçün çalışdığını iddia edir. Kreml isə Moskvanın hücumlarda iştirakını rədd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə