Ruben Melikyan: “Sonda adam bəyan edir: yox, biz məğlub olduq, bizi sarsıtdılar, bizdən heç nə qalmayıb, biz “artsaxı” (Qarabağı) digərləri ilə bir yerdə güzəştə gedirik”
“Biz bu gün Sünikin (Zəngəzurun) bəzi ərazilərini itiririk, yolu itiririk, bu da onun nəticəsidir ki, bizim hüquq-mühafizə orqanlarımız öz işlərini lazımi şəkildə görmürlər”. SİA xəbər verir ki, erməni hüquq müdafiəçisi Ruben Melikyanın bu fikirlərini tert.am saytı yazıb. Hüquq müdafiəçisi bildirib ki, narahatedici suallara cavab almaq üçün hüquqşünasların baş prokurorluğun qarşısında baş prokurorla görüş keçirməsi tələbi ilə keçirdikləri etiraz aksiyası zamanı bu məsələ özünü bir daha sübuta yetirdi.
“Bizim hüquq-mühafizə orqanları siyasi güclərin təmsilçiləri olmalı deyildilər, amma təəssüf ki, bu belə deyil”, bildirən Ruben Melikyan kapitulyasiya aktına atılan imza ilə bağlı qeyd edib ki, onun buraxacağı ağrılı izlərini xatırlamaq lazımdır: “Hiddət onda yarandı ki, 40 gün müddətində bizi inandırırdılar ki, qalib gələcəyik, ancaq sonda adam bəyan edir: yox, biz məğlub olduq, bizi sarsıtdılar, bizdən heç nə qalmayıb, biz “artsaxı” (Qarabağı) digərləri ilə bir yerdə güzəştə gedirik”.
Melikyanın sözlərinə görə, müharibə vaxtı heç nə düzgün olmayıb, hətta müharibəyə çağırışlar da doğru deyildi
Erməni saytı yazır ki, hüquq müdafiəçiləri ilə görüşə baş prokuror Artur Davtyanın məsləhətçisi Qor Abrahamyan çıxıb və bildirib ki, Davtyan yerinə yoxdur və bu səbəbdən etirazçıları qəbul edə bilməyəcək.
Xatırladaq ki, Azərbaycan Ermənistanla dövlət sərhədinin tam bərpa olunması istiqamətində işləri davam etdirir. Xəbər verdiyimiz ki, Ermənistanın Qafan rayonuna bitişik, işğaldan azad olunmuş ərazilərdəki erməni döyüş mövqeləri sökülür.
Erməni silahlıları bu gün saat 17:00-dək həmin mövqelərdən və oradakı yüksəliklərdən tam geriyə, Ermənistana çəkilməlidirlər. Bu, Ermənistan-Azərbaycan-Rusiya arasında imzalanmış üçtərəfli razılaşmaya əsasən edilir. Ümumilikdə Zəngəzur mahalının Qafan rayonunda bəzi yüksəkliklər və 13 kəndə yaxın mövqelər Azərbaycana təhvil verilməlidir. Çünki, həmin yerlər Qarabağ müharibəsi başlayanadək Azərbaycan əraziləri olublar.
Qafan meri: "Kəndlərimizin yolları blokadaya düşür"
Söhbət Qafan ərazisindəki aşağıdakı yaşayış məntəqələrindən gedir - Kaxnut (Novruzlu), Davit-Bek (Zeyvə), Ujanis (Ucanis), Eqvard (Yeğvard), Aqarak (Əkərək), Diçmayri (Aşağı Qaraçimən), Syunik (Sünik), Çakaten, Şikaox (Şıxovuz), Nerkin Hand, Tsav (Tsab), Gexanuş və Qafan şəhərinin ətrafı. Məhz bu kəndlərin yaxınlığındakı mövqelərdən ermənilər çıxmalıdır.
Məhz bu hadisə Ermənistanda qəzəb yaradıb və günlərdir davam edən, Baş nazir Nikol Paşinyanın istefasına səsləyən etirazları daha da qızışdırıb.
Qeyd edək ki, "Qafan və ətraf kəndlər təhlükə altındadır, cümə axşamı səhər Ermənistan Müdafiə Nazirliyindən hərbçilərə sərəncam gəlib ki, bu gün saat 17:00-a kimi əlverişli yüksəkliklərdən çəkilsinlər, onlar düşmənə verilir", - Qafanın meri Gevorq Parsyan da ötən gün mediaya demişdi. Onun sözlərinə görə, erməni hərbçilər öz postlarından "Sovet sərhədlərinə" çəkilməlidirlər.
"Belə çıxır ki, düşmən sərhədlərimizə yaxınlaşacaq və bizdən cəmi 1 kilometrlikdə, Qafan aeroportundan 200-300 metrdə yerləşəcək. Daha əvvəlki təhlükəsizlik zonası olmayacaq. Kəndlərimizin yolları blokadaya düşür", - Qafanın meri təlaşla bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB