Erməni valideynlər MN-nin darvazasını qırıb içəri daxil oldular TƏLƏB VƏ HİDDƏT

Erməni valideynlər MN-nin darvazasını qırıb içəri daxil oldular TƏLƏB VƏ HİDDƏT

Bu gün itkin düşmüş əsgərlərin valideynləri növbəti dəfə Ermənistan müdafiə nazirliyinin qarşısına toplaşaraq övladlarının axtarışlarının davam etdirilməsini tələb ediblər. SİA xəbər verir ki, bu barədə tert.am saytı yazır.

Müdafiə nazirliyindən cavab almadıqlarını görən və ərazinin tərk edilməsi tələbini eşidən valideynlər daha da hiddətlənərək darvazanı qırarıb, əraziyə daxil olmağı bacarıblar.

Onlar deyirlər ki, nə müdafiə nazirliyindən, nə də digər orqanlardan qəti cavab ala bilmirlər. Eyni zamanda, müxtəlif insanlardan müxtəlif cavablar eşidirlər ki, bu cavablar da gerçəkliyi əks etdirmir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə