Nikol Paşinyan hansı şərtlə istefa edəcəyini açıqlayıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda istefası ilə bağlı mediada və sosial şəbəkələrdə yayılan şayələrə münasibət bildirib.
“Mən açıqca dedim ki, xalqın mənə verdiyi statusdan yalnız xalqın iradəsinin etibarlı nəticələri əsasında imtina edə bilərəm. Belə bir iradə ifadəsi olmayana qədər baş nazir kimi fəaliyyət göstərməyə davam edəcəyəm və bunu təmiz və vicdanla yerinə yetirməyi öz üzərimə götürmüşəm”, deyə Paşinyan bildirib.
Ermənis baş nazir ailəsi haqqında, onların uzun müddətdir xaricdə sığınacaq tapdıqları barədə yayılan məlumatlara da toxunub.
“Təxminən bir aydır ki, övladlarımın və ailə üzvlərimin Ermənistanı tərk etməsi barədə yalan xəbərlər dolaşır. Ötən aylarda, xüsusən müharibənin ilk günündən ailəmdən bir nəfər də Ermənistanı tərk etməyib və etməyəcək də”, deyə Paşinyan aydınlıq gətirməyə, vətəndaşları inandırmağa çalışıb.
Bundan əlavə, baş nazirin sözlərinə görə, gündəlik xəbərlərdə ailəsinə aid olduğu iddia edilən xarici malikanələr və sərvətlər haqqında informasiyalar yayılır.
“Ailəmin yer kürəsində sahib olduğu yeganə əmlak, İrəvanın Şenqavit bölgəsində yerləşən bir mənzildir. Bəyan edilmiş vəsaitlərdən başqa başqa əmlakımız yoxdur”, deyə Paşinyan hesabat verib.
Onun sözlərinə görə, bu gün Ermənistanın qarşısında duran prioritet vəzifə təhlükəsizlik mühitinin sabitləşdirilməsidir və səlahiyyətlilər bunu davamlı olaraq həyata keçirəcəklər.
"Daxili vəziyyətə qayıdaraq bir daha vurğulamaq istərdim ki, Ermənistan vətəndaşları arasında çaxnaşma yaratmağa cəhd edilir", deyə Nikol Paşinyan onun istefasını tələb edənləri çaxnaşma salan adlandırıb.
Paşinyan utanmadan bəyan edib ki, respublika vətəndaşları Ermənistandakı xalqın iradəsinin qətiyyətli və geri dönməz olduğuna əmin olmalıdırlar və bundan yan keçmək cəhdləri uğursuz olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB