Xankəndi üzərində Bayraktar xofu İDDİA

Xankəndi üzərində Bayraktar xofu İDDİA

“Qarabağ üzərində yendən Bayraktarlar işləyirlər”. SİA xəbər verir ki, bu barədə tert.am saytı Xankəndidə ikinci Qarabağ müharibəsi zamanı düşmən tərəfinin lehinə işləyən və əsasən təxribat xarakterli feyk xəbərlər yayan “@wargonzo” mənbələrinə istinadən yazır.

“Söhbətin kəşfiyyat, ya da zərbə məqsədi ilə getməsi barədə hazırkı məqamda dəqiqləşmələr yoxdur”, deyə məlumatda bildirilir.

Xatırladaq ki, düşmənin qorxulu röyasına çevrilmiş Bayraktar PUA-ları müharibə zamanı ermənilərə məxsus yüzlərlə canlı qüvvəni və texnikanı yerlə-bir edib. Görünür, hazırda da cəbhəyanı bölgələrdə və sərhəd zolaqlarında növbəti təxribatlar törətməyə cəhd edən erməni tərəfi digər tərəfdən Bayraktar xofundan ayıla bilmir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə