Yaralı komandirini 10 kilometr çiynində daşıyan Şəhid Tağı kimdir? - FOTOLAR + VİDEO

Yaralı komandirini 10 kilometr çiynində daşıyan Şəhid Tağı kimdir? - FOTOLAR + VİDEO

Birinci Qarabağ müharibəsində düşmənin göz dikmək istədiyi Naxçıvan MR Sədərək döyüşlərinin ən şiddətli vaxtlarında elə Sədərəkdə dünyaya gəlir, 28 ildən sonra ikinci Qarabağ döyüşlərində, torpaqlarımızın işğaldan azad edilməsində böyük rəşadət göstərərək şəhidlik zirvəsinə çatır. SİA-ya daxil olan məlumata görə, onun atası İlham Abdullayev 1-ci Qarabağ müharibəsi zamanı Sadərəyin müdafiəsində böyük şücaətlə vuruşub qazi olmağı, oğlunun isə ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlməsinin qürurunu yaşayır.

Tağı Abdullazadənin XTQ hərbçisi kimi hərbi xidməti Naxçıvandan başlasa da, sonradan Füzulidə, daha sonra Hadrut istiqamətində gedən döyüşlərdə başa çatır. Oktyabrın 30-da işğaldan azad edilən hər torpağımıza sancdığı bayraqdan da uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəlir. 30-dan çox düşməni məhv edir. Yaralı, gözlərini itirmiş olan komandirini 10 km-dən çox çiynində gətirir. Bu barədə komandiri şəhidin 40 mərasimində qəbri üstündə danışıb. Özündən sonra ailəsinə yalnız fəxarət hissləri və 4 yaşlı Yusifi miras qoyub gedir. Həmin Yusifi ki, anası onu atasının layiqli davamçısı kimi böyüdəcək.

Videoya aşağıdakı linkə tıklamaqla baxa bilərsiniz.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə