Ulu Öndər Heydər Əliyev hər birimizin qəlbində əbədi yaşayacaqdır - MÖVQE ÖZƏL
"Ulu Öndər, Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günü ərəfəsindəyik. Danılmaz faktdır ki, Ümumilli Liderimizin haqq dünyasına qovuşması hər bir azərbaycanlının böyük hüzünlə yad etdiyi tarixdir. Lakin bu dəfə ruhunda, qəlbində azərbaycançılıq ideologiyasının izləri olan hər kəs böyük qürurla Ulu Öndərin əziz xatirəsini anır və Onun ruhu qarşısında baş əyir". Bunu SİA-ya açıqlamasında YAP Nərimanov rayon Təşkilatının baş məsləhətçisi, Gənclər Birliyinin sədri Nərminə Yunusova deyib.
Onun sözlərinə görə, başda Ulu Öndər olmaqla hər bir azərbaycanlının ən böyük, ən ali arzusu olan torpaqlarımızın işğaldan azad olunması tarixini məhz Əbədiyaşar Lider Heydər Əliyevin layiqli və siyasi davamçısı Ali Baş Komandan İlham Əliyevin siyasi gücü və Onun qurduğu Müzəffər Azərbaycan Ordusunün qüdrəti, yenilməzliyi sayəsində yaşayırıq. Əminik ki, Ümummilli Liderimizin ruhu artıq şaddır. Çünki Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci yaşayır".
N.Yunusova vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu: "Bu Azərbaycanda xalq-ordu-dövlət birliyinin gücünün nəticəsidir. Bu birliyin təməli məhz Heydər Əliyev dühasının uzaqgörənliyi və xalqa olan sevgisi sayəsində qoyulub. Nə qədər ki, Azərbaycan dövləti mövcuddur, nə qədər ki, Azərbaycan adı yaşayır o qədər də, bu birlik sarsılmaz olaraq qalacaqdır! Biz gənclər söz veririk ki, bu birliyi qorumaq və gələcək nəsillərə ötürmək üçün həyatımızın hər anında var gücümüzlə çalışacağıq. Ulu Öndər Heydər Əliyev hər birimizin qəlbində əbədi yaşayır və yaşayacaqdır! Allah Ulu Öndər Heydər Əliyevə və torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət etsin!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB