Zəfər Paradı ermənilər qorxuya salıb

Zəfər Paradı ermənilər qorxuya salıb

Ermənistan cəmiyyəti bu gün Azərbaycanda keçirilən Zəfər Paradından möhkəm qorxuya düşüb. SİA aysor.am saytına istinadən xəbər verir ki, Ali Baş Komandan Cənab İlham Əliyevin paraddakı çıxışı işğalçı ölkə ictimaiyyətini lərzəyə salıb.

Bu ölkənin mətbuat səhifələrində cəmiyyətin narahatlıqları, qorxuları öz əksini tapıb. Zəfər Paradında Azərbaycan Prezidentinin öz nitqi zamanı azərbaycanlıların doğma torpaqları olan Zəngəzur, Göyçə və İrəvandan ermənilər tərəfindən didərgin salınmasını xatırlatması, bu torpaqların tarixi Azərbaycan torpaqları olduğunu bəyan etməsi Ermənistan mediasında əks-səda doğurub ki, bu da ermənilərin kürkünə birə düşdüyünün, qorxularının təzahürüdür.

Göründüyü kimi, öz Böyük Qələbəsini, erməni təcavüzkarları, işğalçıları üzərində qələbəsini təmin etməsi münasibəti ilə Azərbaycanın bu gün keçirdiyi Zəfər Paradı düşmənə ən böyük zərbə olub və paradda ölkəmizin həmçinin hərbi qüdrətini bir daha müşahidə edən ermənilərin qorxusu təsadüfi və əbəs yerə deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə