Fransa Nümyəndələr Palatasına məsləhət: Yaxşısı budur ölkənin daxili problemləri ilə məşğul olun

Fransa Nümyəndələr Palatasına məsləhət: Yaxşısı budur ölkənin daxili problemləri ilə məşğul olun

"Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə ən çox kədərlənənlər Fransa Senatının və Nümayəndələr Palatasının üzvləridir. Bu şəxslər erməni lobbisinin əlində oyuncağa çevrilib. Onların Azərbaycan və Türkiyə ilə bağlı hərəkətləri ermənilərin diqtəsi ilə edilir. Qardaş Türkiyəyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma rejiminin tanınması, uydurma suriyalı terrorçular məsələsinin araşdırılması və bu yönümlü fikirlər Nümayəndələr Palatasının üzvülərinin ermənilərin əsirinə çevrildiyinin göstəricisidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputat bildirib ki, onların qəbul etdiyi qətnamələr Tükiyə və Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil: "Əgər Paris ermənilərin ikinci müstəqil dövlətini tanımaq istəyirlərsə qoy Marseli elan eləsinlər və tanısınlar. Çünki, Marseldə ermənilərin sayı Dağlıq Qarabağdan qat-qat çoxdur. Onlar qəbul etdiyi qətnamələri ilə sadəcə bizə qarşı olan çirkin niyyətlərini ifadə edirlər. Çox təəssüf ki, belə bir ölkə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir".

A.Badamov vurğulayıb ki, əgər Müzəffər ordumuz öz sözünü deməsəydi, bunlar torpaqlarımızı əbədi işğalda saxlamaq istəyirdilər: "Bunların güclü Türkiyə və Azərbaycanı görən gözləri yoxdur və artıq bizim gücümüzlə və birliyimizlə barışmalıdırlar. Çünki, Azərbaycan-Türkiyə qardaşlığı bizlərə qarşı olan beynəlxalq səviyyədə ədalətsizliyə qarşı bir dəmir yumruqdur. Fransa Nümyəndələr Palatası qoy öz ölkəsinin daxili problemləri ilə məşğul olsun. Parisin küçələrində dinc aksiya keçirən insanlara polisin tutduğu divana qarşı qətnamə qəbul etsinlər. Biz öz işimizi yaxşı bilirik və kim necə bizə salam verəcəksə, elə də cavabını alacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə