İrəvanda bir mitinqdə güc tətbiqi dörd dəfə qeydə alınıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan ombudsmanı Arman Tatoyanın öz Facebook yazıb.
O, qeyd edib ki, bütün bu məsələlər Ombudsmanın diqqət mərkəzində olacaqdır. Eyni zamanda nəzərə çatdırıb ki, həm də vəkillərlə daim əlaqə saxlayır.
“Polis zabitləri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyasına gedən dörd fəala qarşı fiziki güc tətbiq ediblər. Bu, İnsan Hüquqları Müdafiəçisi Bürosunun işçi qruplarının cari günün monitorinqinin nəticələrindən sonra əldə etdikləri qənaətdir.
Üç qrup İrəvan polis bölmələrini ziyarət edib, bir qrup media və sosial şəbəkələri izləyərək vəziyyəti təhlil edib, digəri isə qanuni təhlil aparıb.
İctimai Müdafiə Ofisinin əməkdaşları polis bölmələrini ziyarət etdikləri müddətdə 33 məhbusla söhbət aparıblar. Nə üçün tutulduqları, hüquq-mühafizə orqanları tərəfindən hazırlanmış sənədlər də araşdırılıb.
Bununla yanaşı, həbs olunarkən aktivistlərə qarşı fiziki güc tətbiq edilməsi barədə dörd fakt var. Onlardan ikisi media və sosial şəbəkələrdə aparılan monitorinqin nəticələrindən, ikisi isə insan hüquqları müdafiəçiləri tərəfindən qeydə alınıb”, deyə Arman Tatoyanın öz sosial şəbəkə hesabında paylaşıb.
Xatırladaq ki, bundan əvvəl də polisin 81 fəalı ofislərə apardığı məlum idi. Onu da qeyd edək ki, müxalifət tərəfdarları Ermənistan paytaxtının müxtəlif yerlərində baş nazir Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyalarına başlayıblar, 5 dekabrda müxalifət baş nazir Nikol Paşinyan və komandasına ultimatum irəli sürüb, 8 dekabr günün ikinci yarısına qədər istefa etmələrini tələb ediblər və əks təqdirdə vətəndaş itaətsizliyi ilə hədələyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB