"Kapitulyasiyanı həzm edib, Azərbaycanla dialoqa getməliyik" Andranik Koçaryan

"Kapitulyasiyanı həzm edib, Azərbaycanla dialoqa getməliyik" Andranik Koçaryan

“Ermənistan gələcəyin mənzərəsini yaxşılaşdırmaq üçün Azərbaycanla dialoqa getməlidir”. SİA Novosti Armeniya-ya istinadən xəbər verir ki, bu barədə erməni parlamentinin hakimiyyətyönlü “Mənim addımım” fraksiyasının təhlükəsizlik və müdafiə komissiyasının üzvü Andranik Koçaryan deyib.

“Biz kapitulyasiyanı həzm edib yolumuzu davam etdirməliyik, məsuliyyət səviyyəmizi anlamalıyıq və sonda nə qədər çətin olsa belə, qalib tərəflə dialoqa getməyə cəhd göstərməliyik”, deyə qeyd edən Ermənistan parlamenntinin komissiya üzvü buna misal olaraq nümunə gətirib və qeyd edib ki, bütün ölkələr müharibələrdən sonra həmin yolu keçiblər.

Deputat hesab edir ki, ikitərəfli diplomatik münasibətlərin qurulması Ermənistan və Azərbaycan arasındakı gələcək mənzərəni dəyişə bilər. O, eyni zamanda qeyd edib ki, baş verənləri unutmaq da olmaz və diplomatik əlaqələrə iqtisadi, hərbi ruskləri qiymətləndirərək əsaslanmaq lazımdır.

Xatırladaq mi, bir müddət əvvəl Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan üçtərəfli bəyannamənin şərhini verərkən bəyan etmişdi ki, regionun nəqliyyat kommunikasiya sistemlərinin blokadadan çıxarılması yerli iqtisadiyyata imkanlar açacaq.

“Türkiyə limanları açılacaq, mümkündür ki, bizim məhsullarımız üçün Azərbaycan bazarları, həmçinin Azərbaycan məhsulları üçün bizim bazarlar açılacaq”, deyə erməni nazir bildirmişdi.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə