Bazar ertəsi axşamı Ermənistan hakimiyyəti İrəvanda Respublika Meydanına gedən yolları bağlayıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə millət vəkili Artur Tovmasyan öz sosial şəbəkə hesabında yazıb.
“Hazırda İrəvandakı Respublika Meydanına gedən bütün yollar bağlıdır. Sürücülər maşınlarına siqnal verərək torpaqları təslim edən Nikol Paşinyana etirazlarını bildirirlər”, deyə Artur Tovmasyan öz paylaşımında bildirib.
Xatırladaq ki, Ermənistanın məğlubiyyətini təsdiq edən, Dağlıq Qarabağla əlaqədar üçtərəfli sazişin ardınca işğalçı ölkədə etiraz aksiyalarının ardı-arası kəsilmir və kütlə artıq baş nazir Nikol Paşinyanın istefasını qətiyyətlə tələb edir. Təsadüfi deyil ki, Ermənistanın birinci prezidenti Ter-Petrosyan bu işğalçı ölkədə vətəndaş müharibəsi proqnozu verib və bunu da müxalifətin və hakimiyyətin geri çəkilməməsi, hər ikisinin öz mövqeyində dayanması ilə əlaqələndirib.
Qeyd edək ki, öz namizədini belə irəli sürməsi fonunda müxalifətin konkret tələblərinə baxmayaraq baş nazir Nikol Paşinyan öz vəzifəsini itirmək, təhvil vermək istəmir, lakin ölkədə baş verənlər təsdiq edir ki, Ermənistan hakimiyyəti kütlənin, etirazçıların qəzəbindən çox qorxur. Diqqətə çatdıraq ki, İrəvanın Respublika meydanına gedən yolların bağlanması, məhz elə Nikol Paşinyanın və onun rəhbərlik etdiyi hakimiyyətin qorxusunun təzahürüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB