Cəlilabadın icra başçısı rüşvət alarkən həbs edildi YENİLƏNİB

Cəlilabadın icra başçısı rüşvət alarkən həbs edildi YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. SİA-nın verdiyi məlumata görə, RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.

***

Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. SİA-nın verdiyi məlumata görə, əməliyyat zamanı saxlanılanlar var.

Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə