"Azərbaycan regionda dəyişən siyasi nizamı düzgün qiymətləndirdi" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan regionda dəyişən siyasi nizamı düzgün qiymətləndirdi" ÖZƏL-MÜNASİBƏT

"2018-ci ildə keçirilən möhtəşəm hərbi paradda Azərbaycan ordusunun nə qədər güclü və hazırlıqlı olduğuna tam əmin olmuşdum. Düşünürdüm ki, məqam yaxınlaşır və biz bu müzəffər ordumuzla torpaqlarımızı işğaldan azad edəcəyik. Məhz hər gün mətbuata şərh və açıqlamalarımda Qarabağda eskalasiyanın tezliklə başlayacağını vurğulamışdım. Sadəcə, regionda gedən geosiyasi şərtləri nəzərə alırdım və bu il artıq zamanın yetişdiyinin fərqindəydim. Çünki, Ermənistanda gedən proseslər Rusiya ilə münasibətlərə zərbə vurmuşdu. Həmçinin Türkiyə regional gücə çevrilmişdi, Rusiya Türkiyə ilə bir çox məsələlərdə hesablaşırdı və ortaq məxrəcə gələ bilirdi. Həmçinin Türkiyənin Cənubi Qafqazda mövqeyini gücləndirirdi". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanla genişmiqyaslı hərbi təlimlər bir çox mətləblərdən xəbər verirdi: "Prezident İlham Əliyev də yay aylarından danışıqların mənasız olduğunu dilə gətirmişdi. Bundan əlavə, Ermənistanın iyul ayında Azərbaycana qarşı Tovuz istiqamətində dövlət sərhəddində hərbi təcavüzü müharibənin fitilini çəkdi. Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağda hərbi əməliyyatlarının qarşısını almaq üçün məhz Tovuzda bu təxribata getməklə, KTMT-ni prosesə cəlb etmək, Azərbaycanı mümkün hərbi əməliyyatlardan çəkindirmək planı idi. Bu plan baş tutmadı və mümkün ssenarilərin qarşısını almaq üçün Azərbaycan dərhal üçüncü ölkələri neytrallaşdırmaq üçün Türkiyə ilə birgə hərbi təlimlərə strat verdi.

Bir neçə gündən sonra Türkiyə hərbi hava qüvvələri və quru qoşunları təlimlər üçün Azərbaycana gəldi və təlimlər keçirildi. Amma, növbəti təlimlər üçün Türkiyə qoşunları Azərbaycanı tərk etmədi.

Artıq, Avropda, ABŞ-da siyasi proseslər Azərbycanın leyhinə dəyişirdi və rəsmi Bakının xarici siyasəti Qarabağla bağlı leyhimizə dəyişmişdi. İyuldan başlayaraq Azərbaycan daima Ermənistanın təxribatlarını gözləyirdi və bu istiqamətdə hazırlıq yüksək səviyyədə idi. Ermənistan Tovuz təxribatlarından sonra yenidən Qarabağ cəbhəsində təxribatlara əl atdı. Bu istiqamətdə yeni qoşun növləri toplayırdı. Demək olar ki, hərbi eskalasiya qaçılmaz idi. Ermənistan rəhbərliyi Azərbaycanın hərbi taktikasını düzgün qiymətləndirməmişdi. Düşünürdülər ki, Rusiya Ermənistanı müdafiə edəcək və atəşkəs əldə ediləcək. Amma proseslər Ermənistanın əleyhinə işləyirdi.

Sentyabrın 19-dan başlayaraq mətbuata verdiyim açıqlamada müharibənin hər an başlayacağını vurğulayırdım. Bir neçə gündən sonra müharibə başladı və Azərbaycanın güclü hərbi taktikası və müasir silahları ilə erməni ordusu darmadağın edildi. 44 günə Azərbaycan qalib oldu. Bu güclü ordu ilə biz ərazilərimizi azad etdik. Türkiyə isə Rusiyanı neytrallaşdırdı və bizə siyasi dəstək verdi. Azərbaycan regionda dəyişən siyasi nizamı düzgün qiymətləndirdi. Artıq Dağlıq Qarabağ münaqişəsi keşmişdə qaldı və Ermənistan məğlub olub".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə