Paşinyana və komandasına humanitar dəhliz təklif edilir? MÜRACİƏT
Elinar Vardanyan: “Ermənistan adına addım at – “Mənim addımım”dan çıx”
Ermənistanın “Alternativ layihələr qrupu”nun analitiki, deputat Elinar Vardanyan ölkəsinin ikinci prezidenti Robert Koçaryanın Nikol Paşinyana humanitar dəhliz açması ilə bağlı müsahibəsində səsləndirdiyi fikrini şərh edib. SİA xəbər verir ki, bu barədə yazan tert.am saytı yazır.
“İkinci prezidentin dünənki müsahibədən sonra Ermənistan əhalisinin böyük hissəsi yata bilməyib. Bu, son zamanların ümumerməni yuxusuz gecələrindən biri idi. Lakin bir məqamın üzərində dayanmaq istərdim”, qeyd edən Vardanyan xatırladır ki, Koçaryanın çıxışının bir fraqmenti Paşinyana və “Mənim addımım” fraksiyasına aid idi. SİTAT: “Koçaryan onların təhlükəsizliyi üçün humanitar dəhlizin açılması mühümlüyündən danışıb. Hakim fraksiyadakı həmkarlarıma müraciət edirəm: sülh yolu ilə gedin, sizin sülh yolu ilə, dağıdıcılıq törətmədən getmək imkanınız var. Ermənistan adına addım at – “Mənim addımım”dan çıx. Fraksiyadan çıxacağınıza görə sizə satqın kimi tanınacağınız, təhlükə yaşayacağınız barədə deyilənlər yalandır. Hörmətli həmkarlar, Nikolun sizi aldatmağınıza imkan verməyin, Nikolun sizin vasitənizlə ölkədəki vəziyyəti destabilizə etməyə, sizin hesabınıza şəxsi məsələlərini həll etmək cəhdlərnə imkan verməyin. Sadəcə, məğlubiyyətə düçar olmuş fraksiyadan çıxın, sülh şəraitindəki həyatınızı yaşamağa, bu şəraitdə əmək fəaliyyətinizi davam edin”.
Erməni deputat: “Onun sizin vasitənizlə ölkəni təlatümlərə sürükləmək planlarının olduğunu istisna etmirəm, ona bunu etməyə imkan verməyin!”
“Hələ ki, böhranı sülh atmosferində həll etməyə imkan var, bunu edin”, deyə qeyd edən Vardanyan əlavə edib: “Gözünüzü açın! Nikol artıq yoxdur. Nikola görə Şuşanın, Hadrutun olmaması ola bilməz, hansı ki, o hakimiyyətdə idi. Onun sizin vasitənizlə ölkəni təlatümlərə sürükləmək planlarının olduğunu istisna etmirəm, ona bunu etməyə imkan verməyin! Bir daha Koçaryanın müsahibəsinin sizə aid olan həmin hissəsinə qilaq asın. Nikolu tanıdığınıza görə sizə məlum olmalıdır ki, əvvəl-axır o dar dəhliz təklifindən istifadə etməklə sizi göyərtədən kənar qoya bilər”.
“Əliyevə reaksiya verməyən Paşinyan Koçaryana necə cavab verməsi barədə düşünür”
Elinar Vardanyan yazısının sonunda P.S. qoyaraq əlavə edib: “Əliyevin təhqirlərinə heç cür reaksiya verməyən Paşinyan bundan fərqli olaraq, Koçaryana necə cavab verəcəyi ətrafında yatmayaraq bütün gecəni fikirləşib. Paşinyan öz müraciətində inandırmağa çalışıb ki, 1994-cü ildən diplomatik uğursuzluqlar olub. Paşnyan hələ də anlamadı ki, diplomatik uğursuzluqlar, ya da uğurlar müharibə ilə müəyyən edilir. Paşinyan hələ də etiraf etmək istəmir ki, müharibədə minlərlə ölənlərin, itkin düşənlərin əsas səbəbi onun diplomatik uğursuzluqlarıdır”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB