Razılaşma, hökumət dəyişikliyi kimi xam xəyallar var Ermənistanda

Qondarma rejimin əldəqayırma qəhrəmanı Vitaliy Balasanyanın status almaq üçün ictimai və siyasi dairələrdə müzakirələr aparmağa davam etdiyi barədə şayələr gəzir Ermənistanda. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bəziləri razılaşmanın bağlandığını və Balasanyanın artıq status aldığını da düşünürlər.

Məlumatda qeyd olunur ki, bəzi insanlar, bir qrup ermənilər Dağlıq Qarabağda, guya keçid dövrü deyilən bir dövrdə olduğu kimi bir hakimiyyət dəyişikliyinin olduğunu düşünürlər. Həmçinin bildirilir ki, bir çoxları faktiki olaraq rəhbərliyin Balasanyana ötürüldüyünə inanır.

Görünür özünü ağıllı xalq kimi təqdim etməyə çalışan ermənilər hələ də danışıqlardan, razılaşmalardan nəticə çıxara bilməyib və sazişin nədən ibarət olduğunu, orada nələrin olduğunu, daha dəqiq desək, Dağlıq Qarabağdan əllərinin tamamilə üzüldüyünü anlamayıblar. Yaxud, ölkə başçısı, Ali Baş Komandan Cənab İlham Əliyevin də dediyi kimi, heç bir statusun artıq olmadığını dərk etmir bu dırnağarası “ağıllılar”. Dərk etmirlər ki, ermənilərin işğal altında saxladıqları torpaqları Azərbaycan oğulları qanları, canları bahasına geri qaytarmayıblar ki, sonra da orada onlara hansısa status versinlər. Yəni, bu, məntiqi, ağılasığan deyil və bu da o deməkdir ki, nəinki Qarabağ, onların özləri haqqında dedikləri “ağıllı” sözü də xülya, xam xəyaldır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə