“Böyük qələbəmizi Qələbə paradı keçirməklə qeyd edəcəyik” - MÜSAHİBƏ

Müsahibimiz millət vəkili Azər Badamovdur

- Azər müəllim, Laçının Azərbaycana təhvil verilməsi ilə Dağlıq Qarabağda müharibənin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığını demək olar?

- Laçının Azərbaycana təhvil verilməsi tarixi qələbəmizin real həyatda təsdiqi deməkdir. Bu, təkcə Laçının işğaldan azad olunması demək deyil, həm də Azərbaycanın düya tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin olunması deməkdir. Bundan gözəl və xalqı xoşbəxt edici heç nə ola bilməz. Azərbaycanın müzəffər ordusu 5 min kvadrat kilometr ərazisini döyüş meydanında böyük qələbə ilə qaytardı, 5 min kvadrat kilometr ərazimizi isə heç bir güllə atmadan, şəhid vermədən siyasi meydandakı qələbəmizlə qaytartdıq. Bu böyük qələbəmizdir. Azərbaycan son 200 illik tarixində heç vaxt itirdiyi torpaqlarını qaytara bilməmişdir. Amma Prezident İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, uzaq görən siyasəti, vətəninə və torpağına olan böyük məhəbbətiötən əsrin 90-cı illərin əvvəlində ermənilərin işğal etdiyi torpaqlarımızı işğaldan azad etdi. Bu Azərbaycanın parlaq qələbəsidir. Azərbaycan bu qələbəni təmin etməklə beynəlxalq hüququn həll edə bilmədiyi BMT TŞ-nın qətnamələrini icra etmiş oldu. Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Vətən müharibəsində biz çox şeyi gördük. Gördük ki, BMT TŞ-nın qətnamələri nəinki icra olunmadı, hətta bu qətnamələrin icra olunmamasına çalışan ölkələr olmuşdur. Biz hamıya siyasi meydanında layiqli cavbını verdik və sübut etdik ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz. Ölkə başçısı 44 günlük müharibə dövründə xarici mətbuata verdiyi müsahibələrində və dünya liderləri ilə telefon danışıqlarında verdiyi cavablarında Azərbaycan öz haqq işini gördüyünü və bu yoldan heç kimin bizi çəkindirməyə haqqın olmadığını sübut etdi. Artıq xalqımızın üzərindən məcburi köçkün adı götürüldü. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Bu gün Prezidentin imzaladığı sərəncamıyla hər il 10 noyabrda Qələbə Gününü qeyd edəcəyik. Bu tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkədir. Biz də qalib ölkənin vətəndaşlarıyıq. Bundan sonra biz xarici ölkələrə səfərlər edəndə qalib ölkənin nümayəndələri olaraq başımızı dik tutub gedəcəyik və sözümüzü deyəcəyik. Bu qələbəni Azərbaycan öz gücü ilə təmin etdi. Əgər ölkəmizin iqtisadi gücü olmasaydı heç vaxt torpaqlarımızı işğaldan azad edə bilməzdik. İqtisadi müstəqilliyi olmayan ölkələr siyasi müstəqillik də əldə edə bilməzlər. Biz hər zaman güclü ölkənin nümayəndələri olaraq siyasi platformalarda sözümüzü demişik . İndi bundan sonra daha da inamlı və qətiyyətli olacayıq. Müharibədə qələbə əldə etmək, qalib olmaq ölkənin statusunu da dəyişir. Azərbaycan bu gün özünü regionun lider ölkəsi olduğunu təsdiq etdi. Bu liderlik həm icra etdiyi regional layihələri ilə sübut etmişdi, indi də döyüş meydanında təsdiq etmiş oldu. Azərbaycan uğurlu ölkədir. Bütün uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır. 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi. O dəmir yumruq ki, düşmənin başından vurmaqla belini qırdı. O dəmir yumruq o qədər qüvvətli olmuşdur ki, düşmənə aldığı zərbədən özünə gəlmək üçün 10 illər lazım gələcəkdir. Bunun üçün də ermənilər azərbaycanlılarla səmimi qonşuluq münasibətlər yaratmağa çalışmalıdır. Əks halda ermənilər heç vaxt özünə gələ bilməzlər. Bu böyük qələbəmizdir. Bu münasibətilə Ali Baş Komandan başda olmaqla bütün xalqımızı təbrik edirəm.

- Azərbaycan-Ermənistan dövlət sərhəddin Kəlbəcər və Laçın istiqamətində sərhədçilərimizin nə zaman yerləşdirilməsi gözlənilir və ümumilikdə qaçqın və köçkünlərimizin öz yurd-yuvalarına qayıtmasını nə zaman planlaşdırılır?

- Azərbaycanın Ermənistan üzərində qələbəsi heç də görüləcək bütün işlərin bitməsi demək deyil. Sadəcə müharibə qurtarmış, hərbi əməliyyatlar dayandırılmışdır. Amma , işğal altındakı rayonlarımızın azad olunması Ermənistanla 500 km-dən artıq dövlət sərhədi yaradır. Dövlət sərhədin demarkasiyasi və delimitasiyası işləri aparılmalıdır. Artıq bu işlərin həyata keçirilməsinə başlanmışdır. Ermənilər Kəlbəcər rayonun Zod qızıl mədənini qeyri-qanuni istismar edirdilər. Amma hərbiçilərimiz orda filiz çəxartma işlərini dayndırdı və dərhal demarkasiya prosesinə start verildi. Artıq mədən demək olar ki, Azərbaycanın nəzarəti altına keçmişdir. Bu gün sovet Azərbaycanın və Ermənistanın təsdiq olunmuş dövlət sərhədlərinin dəqiqləşdirilməsi işləri aparılır. Düşünürəm ki, dəqiqləşdirmə işləri aparıldıqca müəyyən olunmuş dövlət sərhəslərimizi Dövlət Sərhəd Xidmətinin nəzarətinə veriləcəkdir. Sərhəddə beynəlxalq normalara uyğun tikanlı məftil və lazımı kommunikasiyalar yaradılacaqdır. Düşünürəm ki, bu işləri qısa bir zamanada icra olunacaq. Qaçqın və köçkünlərimizin öz yurd-yuvalarına qayıtması müəyyən zaman aparan məsələdir. Bu mərhələli şəkildə baş verməlidir. İndi həmin ərazilərin minalardan təmizlənməsi işləri aparılır. İlk növbədə yeni infrastruktur yaradılacaq ərazilərin təhlükəsizliyi təmin olunur. İkinci mərhələdə yaşayış məntəqlər minalardan təmizlənəcəkdir. Üçüncü mərhələdə isə yaşayış məntəqlərin ətraf əraziləri, aqrar təyinatlı torpaqlar və digər sahələrin minalardan təmizlənməsi prosesi davam edəcəkdir. Ərazilərimizdə təhlükəsizlik təmin olnduqca paralel olaraq yaşayış məntəqlərin plana uyğun yenidən qurulması işləri görüləcəkdir. Bura yaşayış binaların və sosial obyektlərin tikilməsi aiddir. Bu işlərimizi qısa bir zamanda icrası üçün dövlətimizin kifayət qədər maliyyə vəsaiti vardır. Düşünürəm ki, bütün bu işlər qısa bir zamanda icra olunacaq və mərhələli şəkildə köçkün düşmüş soydaşlarımız öz yurd-yuvalarına qayıda biləcəklər.

- Dekabrın 10-da qələbə paradının keçiriləcəyi bildirilir, bu parad keçirilməklə Azərbaycanın əzəmətli qələbəsinin, hərbi uğurlarının bütün dünyaya nümayişi olacağını demək olar?

- Azərbaycanın müzəffər ordusu öz sösünü döyüş meydanında deməklə parlaq qələbəyə imza atmışdır. Qeyd etdiyim kimi ölkəmizin ərazi bütövlüyü təmin olundu. İndi isə Vətən Müharibəsindəki böyük qələbəmizi Qələbə Paradı keçirməklə qeyd edəcəyik. Qələbə bayrağımızı parada gətirilməklə qailb ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirməklə hərbi gücümüzü dünyaya nümayiş edəcəyik. Keçirəcəyimiz Qələbə Paradımıza dünyanın marağı da çox olacaqdır. Çoxlu ölkələr müharibədə Azərbaycanın qələbəsinə inanmırdılar. Amma müzəffər ordumuz döyüş meydanında özünün güclü olduğunu sübut etdi. Dünyanın bir çox ölkələri ordumuzun döyüş strategiyasının öyrənməli olduqlarını bildirirlər. Hamı üçün Azərbaycanın Silahlı Qüvvələrindəki döyüş texnikalarına, ordu birləşmələrinə marağı çoxalmışdır. Düşünürəm ki, keçirəcəyimiz Qələbə Paradmız dünya tərəfindən maraqla və ən çox izlənəcək parad olacaqdır.

- Necə düşünürsünüz ermənilər hər zaman iddia edirlər ki, Xankəndində və yerlərdə azərbaycanlılarla birgə yaşayışları mümkün deyil, bu halda demək olarmı ki, erməni təxribatı növbəti mərhələlərdə də baş verə bilər?

- Ermənilərin bu iddiaları nədən irəli gəldiyi məlumdur. Necə olur ki, dünyanın hər yerində eyni yaşayış məntəqələrində, eyni məhllələrdə, eyni binalarda azərbaycanlılarla ermənilər yaşaya bilirlər, bir yerdə oxuyub işləyə bilirlər, amma Xankəndində və yerlərdə birgə yaşayış mümkün olmur. Bu ermənilərin xam xəyallarıdır. Ermənilərin bu günə qədər arzuladıqları xam xəyalları arxada qalmışdır. Azərbaycanın şrəşadətli ordusu döyüş meydanında öz sözünü deməklə yeni reallıqlar yaratmışdır. Artıq Qarabağ Azərbaycandır. Nə qədər tez onlar bunu anlalsalar öz xeyirlərinədir. Bu gün sülhməramlılar oralarda təhlükəsizliyini qurur, birgə yaşayışa icmaların adaptasiyasına şərait yardılacaqdır. Zaman gələcək Xankəndində Azərbaycan bayrağı dalğalanacaq, dövlət strukturlarımız fəaliyyət göstərəcək. Ermənilər bunu qəbul etməyinə məhkumdurlar. Əgər kimlərsə azərbaycanlılarla birə yaşamasını xoşlamırsa rədd olub çıxıb getsinlər, xoşladıqları yerlərdə də yaşasınılar. Biz onların nazıyla və xoşlarına gəlməkləri ilə oynamayacayıq. Hər şeyin öz vaxtı var . Cənab prezidentin dediyi kimi biz nəyin nə vaxt etmək lazım olduğunu yaxşı bilirik. Zaman gələcəkdir ki, Azərbaycanda qalıb yaşamaq istəyən ermənilər bizimlə birgə yaşayacaqlar. Azərbaycanda qalıb yaşamaq da onların xeyrinədir. Çünki, Azərbaycan inkişaf etmiş , güclü iqtisadiyyata malik ölkədir. Onların gözəranı Azərbaycanda Ermənistandan qat- qat yaxşı olacaqdır. Təxribatların baş verəcəyi də gözləniləndir. Sülh məramlıların fəaliyyəti məhz baş verə biləcək təxribatların qarşısını almaq məqsədi daşıyır. Dövlətimizin müvafiq orqanları da çox mükəmməl işləyirlər və ermənilərin düşündükləri müəyyən təxribatların qarşısı vaxtında alınacaqdır. Azərbaycan 90-cı illərin əvvəlində olduğu ölkə deyil. Biz dövlət strukurlarını yaratmışıq və bu strukturlar ölkədə vətəndaşların təhlükəsiz yaşayışını təmin etmək iqitidarındadır. Düşünrəm ki, əsasız şayiələrə görə narahat olmağımıza dəyməz.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...