“8 noyabr – Qarabağ Azərbaycandır! NİDA-sının zəfər tarixi” Mehdi Balabəyov

“Haqq və ədalətin bərpası uğrunda mübarizə aparan Azərbaycan sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzündən sonra başlanan Vətən Müharibəsində Ali Baş Komandanımız, Prezident İlham Əliyev diplomatik siyasəti, Müzəffər Ordumuzun gücü, rəşadətli əsgər və zabitlərimizin şücaəti nəticəsində 30 il işğal altında olan torpaqlarımızın həsrətinə noyabrın 10-da son qoyuldu. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu "məğlubedilməz ordu"sunu darmadağın etdi. Uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunu işğaldan azad etdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Şabran rayon təşkilatının sədri Mehdit Balabəyov deyib.

M.Balabəyob bildirib ki, noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və qeyrət qalamız Şuşa şəhəri işğaldan azad edildi: "Şuşa azad edildikdən dərhal sonra, noyabrın 9-da Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənabları 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunası barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Beləliklə, hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir”.

“Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. Düşmənin ağ bayraq qaldırması ilə yanaşı uzun illərdir işğalda olan ərazilər də öz həqiqi sahiblərinə qayıtdı. Buna qədər 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edilmişdisə, Ermənistanın məğlubiyyətini etiraf etməsindən sonra qarşıdan gələn 20 gün ərzində bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın işğaldan azad edildi”, - deyən M.Balabəyov onu da vurğulayıb ki, bu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi, tarixi ədalət bərpa olundu: “İşğaldan, əsirlikdən azad edilən digər torpaqlarımız kimi ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Laçının erməni vandallarından xilası Böyük Qələbənin davamı olaraq qondarma Dağlıq Qarabağ iddiasına son qoydu. Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir”.

“Çıxışlarında Qarabağ Azərbaycandır və nida” deyən Prezident, Ali Baş Komandanımız Cənab İlham Əliyev bir daha xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirdi”, - deyən M.Balabəyov onu da bildirib ki, bu gün illərlə düşmən tapdağı altında olan torpaqlarımız azad edildi, haqq yerini tutdu, ədalət bərpa olundu: "Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Laçının işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildirdi ki, bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır”.

M.Balabəyov sonda onu da vurğulayıb ki, “Qarabağ Azərbaycandır! və nida” deyən Prezident İlham Əliyev bir daha xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirdi. Özünün tarixi, coğrafi mövqeyinə görə Azərbaycanın ən qədim və strateji cəhətdən vacib olan yaşayış məskənlərindən sayılan Laçının işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edərkən dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşının illərlə arzusunda olduğu sözləri dilə gətirdi: “Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...