Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub

Dekabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

SİA Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən bildirir ki, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...