Dmitri Medvedyev: “Rusiya ilə Azərbaycan arasında iqtisadi və humanitar əməkdaşlıq daha da möhkəmlənməlidir”
\"Rusiya-Azərbaycan forumu iqtisadi və humanitar əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək\". SİA-nın Rusiya prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu sözlər Rusiya prezidenti Dmitri Medvedyev "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" ikinci Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına müraciətində yer alıb.
Həştərxanda ikinci dəfə keçirilən regionlararası forumun iştirakçılarını salamlayan prezident vurğulayıb ki, Rusiya Azərbaycanın təhsil, elm və mədəni əlaqələrinin gələcəkdə dərinləşməsinə daha çox diqqət ayırır.
O, ümidvar olduğunu bildirib ki, forumda ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı aktual məsələlər müzakirə ediləcək və sərhədyanı ticarət, enerji və nəqliyyat, informasiya və kommunikasiya sahələrində perspektiv layihələri nəzərdən keçiriləcək: "Ümid edirəm ki, forumun keçirilməsi iki dövlət arasında iqtisadi və humanitar əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək. Sizin görüşünüz isə ənənəvi xarakter alacaq və tələb olunan yeni təşəbbüslərin yaranmasına xidmət edəcək. Sizə faydalı diskussiya və xoş təəssüratlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB