Assosiasiya sazişinin imzalanmasına dair aparılan danışıqlarla bağlı növbəti iclas keçiriləcək

Assosiasiya sazişinin imzalanmasına dair aparılan danışıqlarla bağlı növbəti iclas keçiriləcək

İyun ayının sonlarında Azərbaycanla Avropa Birliyi arasında assosiasiya sazişinin imzalanmasına dair aparılan danışıqlarla bağlı növbəti iclas keçiriləcək. SİA-nın xəbərinə görə, bunu AB-nin Azərbaycandakı nümayəndələrinin rəhbəri Roland Kobia jurnalistlərə açıqlamasında deyib. Səfir iclasın Bakıda keçiriləcəyini açıqlayıb. İki tərəf arasında viza rejiminin sadələşdirilməsi məsələsinə toxunan səfir Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri zamanı bu məsələ ilə əlaqədar Azərbaycanla danışıqlara başlayacaqlarını xatırladıb: "Danışıqlar yaxın vaxtlarda başlayacaq. Mən deyərdim ki, bu, bir neçə həftənin məsələsidir. Biz bu danışıqlar üçün mandat verilməsini gözləyirik. Bu məsələdə Gürcüstanı nümunə kimi göstərmək istərdim. Gürcüstan və Avropa Birliyi artıq viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalayıblar. Gürcüstanda bu cür sənədin imzalanması üçün siyasi iradə vardı".

Roland Kobia həmçinin Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycana indiyədək 100 milyon avro ayırdığını bildirib. Onun sözlərinə görə, iki il ərzində bu proqramda iştirakına görə 100 milyon avro ayrılıb, gələn il üçün isə bu rəqəm 75 faiz artırılacaq. Kobia Avropa İttifaqının bu proqram çərçivəsində nazirliklər, vətəndaş cəmiyyəti, Azərbaycan parlamenti ilə əməkdaşlıq edir. Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramına 2009-cu ildə start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə