Paşinyandan "təlim" çağırışı narazılıqla qarşılanıb

Ermənistanın məhkəmə sədrləri dünən hökumət binasına dəvət edilib. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Paşinyan hakimləri "təlim" keçmək üçün şağırıb.

Məlumatda qeyd olunur ki, hüquqşünaslar belə bir iclasın qanunsuz olduğunu yazıblar və bildiriblər ki, göründüyü kimi çağırışa səbəb hakimlərin hökumətdən aldığı siyasi sifarişi yerinə yetirməkdən imtina etməsidir. Bildirilir ki, Apellyasiya Məhkəməsinin sədri Vazgen Rştuninin timsalında iclasda iştirak etməyənlər də olub․ Onlar "təslim olan xain"lə görüşməkdən imtina etdiklərini bildiriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə