Qabil, get, qulağını kəs və tayqulaq ol! TƏRS BAXIŞ

“Kopooğlu” olmamağın üçün!

Qərbin ermənipərəsət dairələrinin əlində işlənmiş “salfetka” kimi ora-bura atılan bir çox klaviatura “qəhrəmanları” var və onların yenidən bir-bir adlarını sadalamağa da heç bir ehtiyac yoxdur. Ancaq daha bir fakt budur ki, belələrinin əksəriyyətinin bir ucları gedib-bağlanır AXCP-yə və onun sədri Əli Kərimliyə. Yəni bunu ayırd etmək üçün uzun siyasi tənliyə heç bir ehtiyac-filan lazım deyil. Necə deyərlər, 2x2-dir…

Niyə məhz Əli Kərimliyə? Bu sualın da cavabı bəsitdir. Elə də uzağa getməyərək, bugünlərdə Fransa senatının artıq mövcud olmayan qondarma “DQR”in tanınması ilə bağlı hökumətə verdiyi təklif qətnaməsinə siyasi partiyaların etiraz bəyanatında AXCP-nin adını olmadığını göstərə bilərik. Düzdür, orada Müsavat partiyasının da adı yoxdur, amma bu barədə başqa vaxt qeydlərimi edəcəyəm.

İndi özü bilər, ya özü-öz qulağını kəsəcək, yoxsa Əli Kərimlinin xaricdəki erməni lobbisindən pul kəsən adamları Qabilin qulağını kəsəcəklər ki, “liderlərinin” adı bədnama çıxmasın - əsas məsələ qulağını kəsməsidir!

İndi isə söhbət sözügedən birgə bəyanatda Əli Kərimlinin adının olmamasından və onun xaricdəki klaviatura “qəhrəmanlarının” hansı səbəbdən özlərinə əl qatmalarından, narahat olmalarından gedir. Məsələn, Əli Kərimlinin söyüş və təhqir maşını hesab edilən Qabil Məmmədov adlı bir gerçək gədadan. Deməli, gədalığın bütün element və özəlliklərini özündə birləşdirən ünsür gecə-gündüz, saatlarla “skipe” qarşısında oturub hakimiyyəti, dövlət başçısını, xalqı, milləti təhqir etməklə məşğul olur və həyasızcasına Qarabağı azad edə bilməyəcəyi ətrafında “vədlər” verirdi. Hətta nəinki Qarabağın, bir rayonunun belə düşməndən azad olunacağı təqdirdə, qulağını kəsəcəyinə də söz vermişdi, özü də söyüşlə! Qabil Məmmədov yayılmış videogörüntüsündə açıq-aşkar deyir ki, qulağını kəsməsə, tayqulaq gəzməsə köpək oğludur! Əlbəttə, bu fikirləri ona dedizdirənlərin bir qanadı Qərbin erməni lobbisinin dəstəkçiləri olsa da, digər tərəfinin həmin dairələrə işlədiyi dəfələrlə sübuta yetirilən AXCP sədri Əli Kərimli olub. İndi iş qalır Qabil adlı gədanın qulağının birini kəsməsinə - ucuz həyatının qalan hissəsini təkqulaq yaşaması məsələsinə, el dili ilə desək, “koopooğlu” damğasını daşımamaq üçün verdiyi vədini yerinə yetirməsinə.

İndi özü bilər, ya özü-öz qulağını kəsəcək, yoxsa Əli Kərimlinin xaricdəki erməni lobbisindən pul kəsən adamları Qabilin qulağını kəsəcəklər ki, “liderlərinin” adı bədnama çıxmasın. Yoxsa el-aləm də car çəkər ki, bəs Əli Kərimlinin adamı qulağını kəsəcəyinə söz vermişdi, amma kəsmədi-filan.

Arzu edirdilər ki, torpaqlarımız illərlə işğalda, erməni vəhşilərinin xalqımıza qarşı törətdikləri qanlı əməlləri qisassız qalsın

Hə, onu da nəticə çıxararaq qeyd edə bilərəm ki, əslində, özlərini illər boyu xalqdan təcrid edən, xalqdan yalnız öz çirkin, xəyanətkar məqsədləri naminə istifadə etmək üçün başda Əli Kərimli olmaqla, onun xaricdəki söyüş maşınları Qarabağın düşmən işğalından azad olunmamasını arzu edirdilər. Arzu edirdilər ki, torpaqlarımız illərlə işğalda, erməni vəhşilərinin xalqımıza qarşı törətdikləri qanlı əməlləri qisassız qalsın, onlar da bu məsələnin üzərində spekulyasiyalara yol verməklə hakimiyyətə qarşı çıxışlar edib, erməni dəyirmanına su töksünlər. Amma alınmadı, arzuları qaldı bir yerlərində. Artıq Qarabağımız da azaddır, düşmən də məhv olub!

Yeri gəlmişkən, daha bir boynuyoğun gəda barəsində də xatırlatmaq etməyin tam yeri və zamanıdır. Növbəti gəda isə Vidadi İsgəndərlidir…

Sözündən qaçanın adını xalq verir

Məhz o, ağzının suyunu sağa-sola səpə-səpə sosial şəbəkələrdə Azərbaycan dövləti və xalqı əleyhinə boğazını yırtanda demişdi ki, əgər Fransa Qarabağ məsələsində Azərbaycana qarşı silah çevirərsə, o da öz silahını götürüb Fransa tərəfində döyüşəcək. Yadınızdadırmı həmin ifadələr? Yəqin ki, bir çoxları bunu görüb. İndi buyursun çevirsin silahını Azərbaycan dövlətinə, Azərbaycan Ordusuna tərəf, görək necə çevirir. Bax, budur onların murdar və xəyanətkar sifətləri.

Sonda isə daha bir xatırlatmanı etmək yerinə düşərdi. Əgər Əli Kərimlinin söyüş maşını vəzifəsini icra edən Qabil Məmmədov qulağını kəsməsə, onda nəinki “kopoğlu” adını tüksüz peysərində gəzdirməli olacaq, həm də ona başqa bir ad da qoyacaqlar. Çünki sözündən qaçanın adını xalq verir. Məsələn, növbəti dəfə sosial şəbəkələrə çıxanda və həyasızlıq edəndə, adının qarşısına özünün vəd etdiyi ifadəni və xalqın qoyduğu ifadəni əlavə etməlidir. Ancaq çətin ki, Qabil qulağını kəsə. Ona görə də bəri başdan “kopooğlu” ifadəsini pərçimləməlidir adının qarşısına, bunu isə biz demirik, hər kəs şahiddir ki, özü deyib!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə