Yerevanda "Paşinyana istefa" tələbi ilə mitinq keçirilib

Bu gün Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası üçün növbəti mitinq keçirilib. Milli Məclisinin binasının yaxınlığında toplaşan etirazçılar baş nazirin istefasına təşəbbüs göstərəcək hərbi vəziyyətin ləğvini müzakirə etmək üçün fövqəladə bir toplantı çağırılmasını tələb ediblər.

"İzvestiya" qəzetinin məlumatına görə, mitinq dinc şəkildə keçirilib və əvvəldən axıradək hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən idarə edilib.

Gazeta.ru isə yazır ki, Paşinyan öz növbəsində respublikadakı həm keçmiş, həm də gələcək proseslərdən məsul olduğunu söyləyib.

Ermənistanda 10 noyabrdan bəri etirazlar dayanmır. Səbəb müharibədə məğlubiyyət və imzalanmış təslimçi müqavilədir. Müxalifət Ermənistan Nazirlər Kabineti rəhbərini təslim olmaqda və xalqa xəyanət etməkdə günahlandırır.

Paşinyan isə müqaviləni imzalamaqdan başqa çıxış yolu olmadığını qeyd edir. Baş nazir etirazçıları sərt tənqid edib, baxmayaraq ki, özü də Ermənistandakı iğtişaşlar və xalqın ifadə azadlığını müdafiə edərək hakimiyyətə gəlib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...